Görmə qüsuru olan yeniyetmə Quranı 3 aya əzbərlədi

Görmə qüsuru olan yeniyetmə Quranı 3 aya əzbərlədi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misrdə yaşayan görmə qüsuru olan 15 yaşlı yeniyetmə Abdullah Əmmar Məhəmməd Seyyid bütün Qurani-Kərimi təkcə 3 ay 10 gün müddətində mükəmməl şəkildə əzbərələyə bilib.

Parlaq istedadı olan fiziki qüsurlu bu yeniyetmə Misrin əş-Şərqiyyə əyalətinin Belbes şəhərinin “Təl əl-Cərad” kəndində yaşayır.

O, indiyədək Quran, dua, hədis, İbn Malikin “Əlfiyyə”si (ədəbiyyat) və çoxlu şeirlər, dastanlar, həmçinin Quranın bəzu surə və ayələrinin İngilis və Fransız dilində tərcüməsini əzbərlədiyi üçün iki dəfə Misrin prezidenti Əbdül-Fəttah əs-Sisi tərəfindən mükafatlandırılıb.

Abdullah Əmmar Məhəmməd Seyyid 2014-cü ildə, 8 yaşında ikən Qurani-Kərimi ustadı Məhəmməd Həsən Əlvanın yanında öyrənib. Quranı 100 günə hifz edən Abdullah həm də “Onluq Qiraət” icazəsi alıb.

O, hazırda Quran hifzini möhkəmləndirməklə yanaşı həm də ayələrin məna və təfsirini öyrənməklə məşğuldur.

Abdullah Əmmar Məhəmməd Seyyid 2018-ci ildə Misrdə keçirilən beynəlxalq Quran hifzi yarışlarının birincisi olub. / iqna