Google Gmail-də audio və videozənglər istifadəyə veriləcək

Google Gmail-də audio və videozənglər istifadəyə veriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Google şirkəti Gmail tətbiqinin çatı daxilində istifadəçilər arasında audio və videozənglər funksiyasını elan edib. Gözləntilərə əsasən sözügedən funksiya yaxın zamanda Gmail-in Android və iOS versiyalarında istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Gmail üzərindən zənglərin reallaşdırılması imkanı əvvəllər də mövcud idi. Lakin bu funksiya daha əvvəllər Google Meet üzərindən reallaşdırılırdı. Bu səbəbdən də zənglərdə iştirak etməli olan insanlar zəngi reallaşdıran şəxs tərəfindən generasiya edilən xüsusi linkə daxil olmalı olurdurlar.

    İndi isə istifadəçi öz kontaktlar siyahısından hər hansı bir şəxs ilə audio və ya videozəng üzərindən ünsiyyət qurmaq istədikdə sadəcə olaraq lazımi düyməyə klikləməli olacaq. Faktiki olaraq bu çox rahat üsuldur. Belə ki, istifadəçilər xüsusi dəvət linklərini yaratmalı olmayacaqlar və digərləri də nəticədə bu cür linklərə daxil olmalı olmayacaqlar. Sözügedən funksiyadan istifadə etmək üçün istifadəçi Gmail menyusunda reallaşdırılacaq audio və ya videozəng ikonuna klikləməli olacaq. Zəngləri Google Chat üzərindən reallaşdıran istifadəçilər isə avtomatik olaraq Gmail-ə yönləndiriləcəklər. Bu isə o deməkdir ki, Google şirkəti Gmail servisini öz kommunikasiya mərkəzinə çevirmək niyyətindədir./technote