Google 5 milyard dollar təzminat ödəyəcək

Google 5 milyard dollar təzminat ödəyəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Google keçən ilin iyun ayında ABŞ-da məhkəmə ilə üzləşmişdi.

oxuinfo.com Lent.az’a  istinadla xəbər verir ki, şirkət istifadəçiləri çaşdırmaqda və gizli məlumat toplayaraq qanunları pozmaqda günahlandırıldı. Bu ittihamla Google, milyonlarla təsirlənmiş istifadəçiyə dəyən ziyana görə 5 milyard dollar təzminat davası ilə qarşılaşıb.

Bununla birlikdə, Google bu işin əsaslandırılmasını qəbul etməyib və Google sözçüsü Jose Castenda, “Chrome-dakı gizli bölmə, fəaliyyətiniz brauzerinizdə və ya cihazınızda saxlanılmadan internetə baxmaq imkanı verir. Hər dəfə yeni bir gizli nişan açdığınızda açıqladığımız kimi, veb saytlar sessiya müddətində baxış fəaliyyətiniz barədə məlumat toplaya bilər.” söyləyib.

Son məlumatlara görə “Google”un məhkəməyə verildiyi və gizli rejimdə təqib üçün minimum 5 milyard dollar cəza ödəyəcəyi bildirilir. Şirkəydən gizli pəncərələrin istifadəsinin tamamilə gizli olması istənir.