Georgia e-health AB və daha 25 ölkədə istifadə olunur, həmçinin çap olunmuş Covid-19 kartı qüvvədədir, CovidPass Georgia isə yalnız Gürcüstanda etibarlıdır

Georgia e-health AB və daha 25 ölkədə istifadə olunur, həmçinin çap olunmuş Covid-19 kartı qüvvədədir, CovidPass Georgia isə yalnız Gürcüstanda etibarlıdır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Georgia e-health-də qeydiyyatdan keçən şəxs bu aplikasiyadan AB üstə gəl bu vahid sistemin tətbiq olunduğu 25 ölkədə istifadə edə bilər, – deyə bu barədə Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.

Ğibradzenin sözlərinə görə, Georgia e-health aplikasiyasını əvəzləyən və Ədliyyə Evində çap olunan “Covid-19” kartı qüvvədədir və etibarlıdır, bu onun çap edilmiş formasıdır.

“Mən əsas diqqəti kovid pasport və aplikasiyalarla bağlı məsələyə yönəltmək istərdim, çünki bu məsələ bu günlər ərzində müəyyən dərəcədə ən aktual idi. Bir daha izah etsək – ölkədə fərqli təyinatları olan iki aplikasiya var. Birinci aplikasiya Georgia e-health-dir və məlum olduğu kimi, bu aplikasiya Avropa İttifaqının vahid məkanına qoşulub. Georgia e-health-də qeydiyyatdan keçən şəxs bu aplikasiyadan AB üstə gəl bu vahid sistemin tətbiq olunduğu 25 ölkədə istifadə edə bilər. Aydındır ki, Georgia e-health Gürcüstanda fəaliyyət göstərir və bu proqramı tətbiq edən istənilən şəxs adi qaydada bundan yaşıl statusunu yoxlamaq və təsdiqləmək üçün istifadə edir.

Ədliyyə Evində çap olunan Covid-19 kartının qüvvədə olduğu və etibarlı olduğu da aydındır, bu, özlüyündə Georgia e-health aplikasiyasını əvəz edir və onun çap edilmiş formasıdır” -deyə Ğibradze bildirib.

Əməliyyat Qərargahının rəhbərinin də qeyd etdiyi kimi, CovidPass Georgia yalnız Gürcüstanda istifadə olunur.

“CovidPass Georgia-ya gəlincə, bu bir tək Gürcüstanda istifadə olunur və iki təyinatlıdır – birinci təyinat bizim statusumuzu yoxlamaq və görməkdir, ikincisi, aplikasiyanın insanın yaşıl statusunu müəyyən etmək üçün istifadə etdiyi daxili skanerdir. Qeydiyyata gəlincə, qeydiyyat çox sadədir, cəmi bir neçə bənddən ibarətdir. Açığı, xətalar var, problemlər var idi və qaydasına salınır. Qeydiyyat çox sadədir. Bu proqramı uyğunlaşdıran və ondan kifayət qədər səmərəli istifadə edən biznes nümayəndələrinə təşəkkür etmək istərdim. Bu aplikasiyadan əgər xaricdən gəlibsə və Aİ-nın vahid məkanın üzvü deyilsə belə istifadə olunur. Onun Gürcüstanda istifadə olunan statusu sərhəddə qeydə alınır. Aydındır ki, bəzi texniki problemlər var idi. Bu, məlumatların bazaya yüklənməsinin gecikdirilməsi, eləcə də məlumat bazasına yanlış məlumat daxil edilməsi kimi müxtəlif aspektlərlə bağlı idi. Bunun üçün məlumat kampaniyası aparıldı. Həmçinin internet saytlarında, o cümlədən Provax və Səhiyyə Nazirliyinin internet saytlarına məlumatlar yerləşdirilir, eləcə də bu problemlərin həlli üçün qaynar xətt açılıb.

Aplikasiyası olmayanlar Gürcüstanda çap edilmiş və QR və ya Bar kodu olan istənilən sənəddən istifadə edə bilərlər” – deyə Ğibradze bildirib./1tv