Əfsanəvi DeLorean brendi ilk elektromobilinin dizaynının bir hissəsini sərgiləyib

Əfsanəvi DeLorean brendi ilk elektromobilinin dizaynının bir hissəsini sərgiləyib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Məşhur “Back to the Future” film seriyası DeLorean DMC-12 idman avtomobilinə əfsanə statusunu qazandırdı. Sözügedən avtomobil keçən əsrin 80-ci illərinin əvvəllərində məhdud sayda satışa çıxarılmışdı. Keçən onilliyin əvvəllərində isə məşhur DeLorean brendi bərpa edilmişdi. Bir neçə müddət bundan öncə DeLorean təmsilçiləri elan etmişdilər ki, bu il sözügedən avtomobilin elektriklə çalışan versiyası təqdim ediləcək. İndi isə verilmiş rəsmi məlumata əsasən DeLorean-ın ilk elektromobilinin prototipi avqust ayında Kaliforniyada keçiriləcək xüsusi tədbir çərçivəsində təqdim ediləcək.

Əfsanəvi DeLorean brendi ilk elektromobilinin dizaynının bir hissəsini sərgiləyib

Təqdimat 18 avqust tarixində baş tutmalıdır. Təqdimat çərçivəsində həmçinin elektromobilə veriləcək ad da elan ediləcək. Bununla yanaşı DeLorean elektromobilinin arxa hissəsinin necə görünəcəyi üzrə ilk rəsmi foto da təqdim edilib. Təqdim edilmiş fotoda elektromobilin arxa hissəsinin yarısını görmək olar. Həmçinin fotodan da görmək olar ki, elektromobilin arxa şüşəsi sahəsində aerodinamik yuvalar mövcuddur. Elektrikli DeLorean modelinin texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, bütün ətraflı məlumat məhz təqdimat zamanı təqdim ediləcək.