Fransada daha 3 məscidə hörmətsizlik edilib

Fransada daha 3 məscidə hörmətsizlik edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fransanın ən böyük türk müsəlman birliyi olan Dini İşlər üzrə İslam Birliyinə (DİTİB) aid məscidlər, şənbə günü Montelbon, Pontarlia və Ruba şəhərlərində irqçi hücumlara məruz qalıb.

Bu birlik, bəyanat verərək deyib: “Naməlum şəxslər üç məscidin divarlarına xaç işarəsi çəkərək, İslam əleyhinə şüarlar yazıblar.”

Bu bəyanatda məscidlərə edilən irqçi hücumlar şiddətlə pislənilib və vurğulanıb ki, təqsirkarların məsuliyyətə cəlb olunması üçün aidiyyatı orqanlara müraciət ediləcək.

Bəyanatda bu cür təxribat xarakterli davranışlardan çəkinməyin vacibliyi vurğulanıb.

Fransada məscidlərə qarşı hörmətsizlik, o cümlədən məscidləri yandırmaq, müxtəlif şəhərlərdə məscidlərin qapı və divarlarında təhqiredici işarələr və simvollar quraşdırmaq və ya məzarları təhqir etmək kimi hadisələr qabaqlar da olub. Bu kimi hadisələr, müsəlmanlarda və müsəlman təşkilatlarında nifrət yaradıb./iqna