Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı

Əfqanıstan yenidən ALOVLANIR: partizan müharibəsi başladı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əfqanıstanın şərqindəki Lağman vilayətində “Taliban” əleyhdarlarının silahlı qruplaşması hərəkata qarşı mübarizəyə başladığını elan edib.

Silahlı qrup Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsini ( FNS ) dəstəkləyir .

“Mücahidlər, hüquq və azadlıq döyüşçüləri ölkədə ədalətin bərqərar olması və işğala son qoymaq üçün Lağman vilayətində partizan aksiyalarına və döyüşlərə başlayıblar”, – deyə bəyanatda bildirilir.

Oktyabr ayında Əfqanıstan Milli Konqresi Partiyasının sədri Əbdül Lətif Pedram Əfqanıstanda müqavimət qüvvələrinin “Taliban”a qarşı partizan müharibəsini davam etdirdiyini açıqlamışdı. O, deyib ki, müqavimət Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ dərələrinə və təpələrə nəzarət edir, lakin keçidin özü radikalların nəzarətindədir.

Avqustun 15-də hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirib ki, “Taliban” Kabilin bütün ərazilərinə nəzarəti ələ keçirib və Əfqanıstanın paytaxtında təhlükəsizlik vəziyyətini tam nəzarətə götürüb./publika