FOTO | Sakit okeanda İslam incəsənəti sərgisi

FOTO | Sakit okeanda İslam incəsənəti sərgisi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Shangri-La” İslami dizayn, mədəniyyət və incəsənət muzeyi Amerikanın Havay əyalətinin paytaxtı Honolulu şəhərinin kənarında Doris Dukenin qədim evində yerləşir.

Bu ev hazırda “Doris Duke İslami İncəsənət Fondu” tərəfindən (DDFIA) “İslam Dünyasının Ümumi Mədəniyyət və İncəsənət Muzeyi” kimi fəaliyyət göstərir.

Dünyada İslam mədəniyyəti və incəsənətinin bir hissəsini nümayiş etdirən bir çox ev muzeyləri var. Bu muzeylərin çoxu Orta Şərq ölkələrində və ya Afrikanın şimalındadır. Bəzən belə muzeylərə qərb ölkələrində də rast gəlinir.

Qərb ölkələrində yerləşən belə muzeylərin ən məşhuru Havay əyalətinin paytaxtı Honolulu şəhərində, Sakit okeanın ürəyində yer almışdır və “Shangri-La” muzeyi adlanır.

Bu muzeyin tam adı  “Shangri-La İslam İncəsənəti, Mədəniyyəti və Dizayn Muzeyidir (The Shangri La Museum of Islamic Art, Culture & Design).

Muzey XX əsrdə “dünyanın ən varlı qızı” kimi tanınan incəsənət kolleksiyaçısı “Doris Duke”nin (1912-1993) evində yerləşir.

Muzeydə əsasən 1936-1938-ci illərdə Şərqi Asiyanın cənubundan toplanmış əşyalar və İslam incəsənəti nümunələri toplanmışdır. Əlbəttə muzeyə əşyaların toplanması prosesi 60 ilə yaxın davam etmişdir və muzeyə 4000-dən çox eksponant gətirilmişdir.

Muzeydə İran, Mərakeş, Türkiyə, İspaniya, Suriya, Misr, Hindistan və digər ölkələrdən gətirilmiş daxili memarlıq avadanlıqları və incəsənət nümunələri də yer almışdır.

iqna.ir

شانگری‌لا: نمایش هنر اسلامی در قلب اقیانوس آرام