Filmlər süni zəka ilə səsləndiriləcək

Filmlər süni zəka ilə səsləndiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gələn ildən filmlərin süni zəka vasitəsilə səsləndirmə texnologiyası tətbiq olunacaq.

Yeni texnologiyanın Moskva Yəhudi Filmlər Festivalında nümayiş etdiriləcək almaniyalı rejissor Karolina Link tərəfindən ingilis yazıçı Cudit Kerrin romanı əsasında çəkilmiş “Hitler çəhrayı dovşanı oğurlayarkən” bədii filminin dublajı üçün istifadəsi nəzərdə tutulur.

Bu ideyanın müəllifi olan rusiyalı kinorejissoru Teymur Bekmambetov yeni texnlogiyanın aktyorların səslərini süni zəka vasitəsilə yamsılamağa əsaslandığını qeyd edib. Belə ki, rejissora məxsus “Screenlife Technologies” startapı və “Stafory” şirkəti tərəfindən hazırlanmış “Vera Voice” səslər sintezi texnologiyasından istifadə olunacaq.