Filippində ilk dəfə müsəlman qəbiristanlığı

Filippində ilk dəfə müsəlman qəbiristanlığı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Filippinin Manil şəhərində ilk dəfə müsəlmanlar üçün mədəniyyət sarayı fəaliyyətə başlayıb və qəbiristanıq açılıb.

Bu gün, Bazar Ertəsi, 7 iyun 2021-ci il, keçirilən açılış mərasimində Manilin şəhər meri Fransisko (Francisco) İsko Moreno Domagoso və Manilin müsəlmanların işi üzrə rəisi Şi Sakaluran Məhəmməd iştirak ediblər.

Manilin meri Fransisko (Francisco) İsko Moreno Domagoso açılış mərasimində deyib: Bu şəhərin əhalisinin əcdadları qədim zamanlardan müsəlman olublar. Bu mədəniyyət sarayı və qəbiristanlıq müsəlmanların bu ölkənin müstəqilliyi və hakimiyyəti uğurunda mübarizələri qarşılığında çox kiçik bir təşəkkürdür.

Bundan öncə müsəlmanların öz ölənlərini dəfn etmək üçün başqa şəhərlərə getdiyini deyən İsko Moreno əlavə edib: Bizim müsəlman bacı və qardaşlarımız! İndi sizin ailəniz və əzizləriniz üçün burada bir məkanınız var və özünüzü buranın maliki hesab edə bilərsiniz.

Şi Sakaluran Məhəmməd də açılış mərasimində çıxış edərək deyib: Mədəniyyət sarayı və qəbiristanlığının açılışı müsəlmanlar üçün tarixi bir gündür. Uzun illərdən sonra müsəlmanlar Manildə özlərinə bir yuva tapdılar.

O, çıxışının sonunda Manel şəhərinin merinə müsəlmanlara dəstək olduğu üçün təşəkkür edib.

iqna.ir