Feysbuk siyasi reklamlara qoyulan qadağanı ləğv etdi

Feysbuk siyasi reklamlara qoyulan qadağanı ləğv etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Feysbuk 2020-ci ilin noyabrında elan etdiyi siyasi reklam qadağasını ləğv edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

“Biz bu müvəqqəti qadağanı seçki sonrasında manipulyasiya və ya sui-istifadə hallarına yol verməmək üçün 2020-ci ilin noyabrında tətbiq etmişdik”,- deyə şirkətin açıqlamasında qeyd olunub.

Qadağa ilk dəfə Corciya ştatında Senat seçkilərinin ikinci turu öncəsi qismən aradan qaldırılıb. Konqres və Senatdakı demokratların yayımladığı bəyanatdan sonra isə qadağanın tam götürülməsinə qərar verilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ilə əlaqədar bənzər bir qadağa tətbiq edən quql qadağanı ötən həftə ləğv edib. /qafqazinfo.az