FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayıb

FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

   Aparılmış Trojan Shield adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünya üzrə minlərlə polisin iştirakı ilə reydlər keçirilib. Reydlər zamanı qadağan olunmuş maddələrin ticarətini aparmış 800 nəfər şəxs saxlanılıb. Aparılmış ən irimiqyaslı polis reydlərindən biri FBI tərəfindən yaradılmış messencer sayəsində mümkün olub. Belə ki, cinayətkarlar həmin messencerdən istifadə edərək özlərini ələ veriblər. FBI tərəfindən rəhbərlik edilmiş bu beynəlxalq əməliyyatda həmçinin ABŞ-ın Narkotiklər ilə Mübarizə İdarəsiAvropa Polis Təşkilatı və onlarla ölkənin hüquq-mühafizə orqanları iştirak ediblər.

    48 saat ərzində 9000-ə yaxın polis işçisi bütün dünya üzrə 16 ölkədə reydlər aparıb. Aparılmış reydlər çərçivəsində onlar 700-dən çox məkanda axtarış reallaşdırıblar. Nəticədə 32 ton narkotik maddə, 250 ədəd odlu silah və müxtəlif valyutalarda saxlanmış 48 milyon dollar aşkar edilib. Bundan əlavə olaraq 50-yə yaxın narkotik laboratoriya məhv edilib. Onlardan biri isə Almaniya tarixinin ən böyük narkotik laboratoriyası olub. Dünyanı əhatə etmiş bu cür irimiqyaslı əməliyyatın keçirilməsində vacib rolu isə ANOM adlı messencer oynayıb.

FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayıb

    Rəsmi məlumata əsasən FBI dünyanın 100 ölkəsində ümumilikdə 300-ə yaxın cinayət sindikatına təqribi olaraq 12.000 ədəd smartfon yaya bilib və həmin smartfonların hamısında ANOM messenceri olub. Sözügedən smartfonların cinayətkarlar arasında yayılmasına 2 il vaxt sərf olunub. Cinayətkarlar əmin idilər ki, messencer həqiqətən də onları istənilən izlənmədən qoruyur. Onlar hətta öz ətraflarında da bu smartfonları yaymağa başlamışdılar. Lakin FBI agentləri həmin smartfonlar vasitəsilə göndərilmiş hər bir mesajı diqqətlə izləyirdilər. Məlumatda qeyd edilib ki, cinayətkarlar hətta yazışmalarında şifrəli sözlərdən də istifadə etməyiblər. Onlar yerinə yetirdikləri cinayətləri açıq aydın yazırdılar. Onlar öz təhlükəsizliklərindən əmin idilər. Nəticədə isə bu əminlik onlara baha başa gəlib.

technote.az