Fatimə Rehyanə xanım Hindistanın ən balaca Quran hafizidir

Fatimə Rehyanə xanım Hindistanın ən balaca Quran hafizidir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistanlı müsəlman qızı Fatimə Reyhanənin 11 yaşı var.

O yaşının az olmasına baxmayaraq bütöv Qurani-Kərimi əzbərləyəmə nail olub və ölkəsində qızlar arasında ən balaca Quran hafizidir.

Dünyada azyaşlı qızların Quran hafizi olması adi məsələ olsa da, bu Hindistanda belə deyil. Buna görə də Kerala əyalətinin müsəlmanları onunla fəxr edirlər.

Fatimə Reyhanə BƏƏ-nin Quran yarışlarından birində Qurani-Kərim gözəl tilavətlərini eşitdikdən sonra Quranı əzbərləmək fikrinə düşür.

Fatimə Hindistanın “Madin” akademiyasının ikinci sinifində oxuyarkən Dubayda keçirilən Quran yarışlarının tilavətlərini dinləyirdi. Qarilərdən birinin gözəl tilavəti onun diqqətini cəlb edir.

Fatimənin Allah kəlamına marağı ona anasından keçmədir. O, Quranı uşaqlıqda anasının tilavətinə qulaq asaraq öyrənib və 7 yaşında Quranın 30-cu cüzini hifz edə bilib.

Fatimənin Quranı müəllimsiz hifz etdiyi üçün Madin Akademiyasının rəisi Seyyid İbrahim Xəlil əl-Buxaridən aldığı hədiyyə onu bütün Quranı hifz etməyə təşviq edir.

Fatimə deyir ki, səkkiz yaşı olarkən Quranın üçdən birini əzbərləyib. O, Quran hifzini möhkəmləndirmək üçün həm çox tilavət edirmiş və həm də gözəl tilavətlərə çox qulaq asırmış.

Fatimə keçən iki il ərzində koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə rəğmən ciddiyyətlə məşqini davam etdirib və Quranı tamimilə əzbərləyib. /iqna