“Facebook”da HƏR KƏS QAZANA BİLƏCƏK!

“Facebook”da HƏR KƏS QAZANA BİLƏCƏK!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.

Bu barədə şirkətin meneceri  Yoav Arnşteyn açıqlamasında bildirib.

O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq.

Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.

Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.

Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır./apa