Fələstində "Qüds Qarisi" Beynəlxalq Quran yarışları keçiriləcək

Fələstində “Qüds Qarisi” Beynəlxalq Quran yarışları keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən həftənin Cümə günü, 12 Mart 2021-ci il, Fələstində “Qüds Qarisi” 2. Beynəlxalq Qurani-Kərimin Qiraəti Yarışları öz işinə başlayıb.

Fələstinin “Huna əl-Qüds” quransevər cavanlar təşkilatının təşəbbüsü ilə keçirilən bu yarışlara qeydiyyat işləri Ramazan ayının 10-dək davam edəcək.

Orucluq ayında keçiriləcək Quran qiraəti yarışlarının nəticəsi mübarək Ramazan ayının 25-da elan ediləcək.

Fələstinin “Huna əl-Qüds” (Bura Qüdsdür) quransevər cavanlar təşkilatının üzvləri sosial şəbəkələr vasitəsi ilə bütün dünya müsəlmanlarından bu yarışa qatılmalarını istəyiblər.

Qeyd edək ki, “Dünya Qüds Qarisi” Quran yarışları ilk dəfə 2016-cı ildə keçirilib. Bu yarışda 850 nəfər iştirak etmişdi. İştirakçılar öz tilavətlərini internet vasitəsi ilə hakimlər heyətinə göndərmişdilər. Final mərhələsinə 10 qari seçilmiş və sonda 5 qari qalib elan edilmişdi. / iqna