Energetik içkilər hansı XƏSTƏLİKLƏRƏ səbəb olur?

Energetik içkilər hansı XƏSTƏLİKLƏRƏ səbəb olur?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Energetik  içkilər, heç də adında olduğu kim energetik deyillər. Orqanizmin ehtiyatda olan enerji mənbələrinin istifadə edərək daha çox tükənməsinə səbəb olurlar”.

Bu fikirləri açıqlamasında həkim-terapevt Elfanə Süleymanova bildirib.

Həkim qeyd edir ki, xüsusilə cavan yaşlı insnaların tez-tez bu içkilərdən istifadəsi orqanizmin mineral balansını tükədir:

“Bu günlərdə şəhər əhalisin mineral balansının (Mg, Zn, Ca vitamin D) azlığını nəzərə alsaq, energetik içkilərin qəbulunu azaltmaq məsləhətdir. Energetik içkilər təcili vəziyyətlərdə insanı tonusda saxlamaq, yuxusuzluq zamanı, vacib iş görüşləri və digər zehnin daha fəal olmasını istədikdə qəbul edə bilərik.

Energetik içkilərdən həddən çox istifadə edilməsi qaraciyərdə piylənmə, böyrək kanallarının zədələnməsi, sümüklərdə dekalsinasiyaya, sinir sisteminin oyanıqlığının artmasına səbəb ola bilər”.

Sosioloq Əhməd Qəşəmoğlu  bu içkilərə olan təlabatın artmasını xoşagəlməz hal hesab edir:

“Çox təəssüf ki, son illər bu Azərbaycanda da geniş yayıldı. Kommersiya maraqları bir çox insanlarda mənəvi dəyərlərdən üstün oldu. Kapitalist ölkələri üçün spesifik xüsusiyyətdir. Həmin bu komersantlar pul qoyurlar və insanların beyninə yeridirlər ki, bu komersiyada kim nə istəyir edə bilər. Yaşlı nəsil bilir ki, nə qədər tənqid etsək də sovet cəmiyyətində belə şeylərə qarşı ciddi məhdudiyyət var idi. Yəni, orqanizm üçün ziyan olan məhsulların satışı cinayət tərkibli hesab olunurdu. Hətta “Coco –cola”, “Pepsi”, saqqızın ölkəyə gətirilməsi, satışı qadağan idi”.

Sosioloq bildirir ki, siqaretin və energetik içkilərin ziyanları haqqında hamı xəbərdardır, satışı qadağan edilsin deyilir:

“Amma günü–gündən də reklamları yayımlanır. Bu o deməkdir ki, cəmiyyətimizdə indiki vaxtda humanist dəyərlər deyil, maddi dəyərlər güc sahibidir. Maddi dəyərlər cəmiyyəti öz təsiri altına sala bilir. Ümumən, bu içkilərin gənclərin fiziki sağlamlığına ciddi zərbə vurduğuna görə qadağan olunması məsləhətdir”.

Saglamolun.Az