Elon Musk SpaceX-in insanları Marsa neçə ildən sonra çatdıracağını açıqlayıb

Elon Musk SpaceX-in insanları Marsa neçə ildən sonra çatdıracağını açıqlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

SpaceX şirkətinin rəhbəri Elon Musk-ın proqnozlarına əsasən ən pis ehtimalda Starship raketi insanları Mars planetinə 10 ildən sonra çatdıra biləcək. Lakin əgər hər şey yolunda və plan üzrə getsə, insanların Mars səthinə ayaq basmaları artıq bu onillikdə reallaşacaq. Bu həftə Musk Lex Fridman-ın podkastında iştirak etmişdi və o, müxtəlif mövzular ətrafında fikirlərini söyləmişdi. Podkastın aparıcısı Lex Fridman Musk-dan SpaceX şirkətinin insanları nə zaman Mars planetinə endirəcəyi sualını verdi. Musk isə 20 saniyəlik fasilədən sonra belə bir cavab verib.

    “Ən yaxşı halda təqribi olaraq 5 il, ən pis halda isə 10 ildən sonra”. Musk öz növbəsində kosmik gəminin layihələşdirilməsinin əsas faktorları barəsində məlumat verən zaman qeyd edib ki, Starship indiyənə kimi insanlar tərəfindən hazırlanmış raketlər arasında ən qəliz və təkmilləşdirilmiş olanıdır. O həmçinin bu məsələdə xərclərin aşağı salınmasının vacibliyini də qeyd edib. “Hal hazırda heç kim 1 trilyon dollar müqabilində Marsa uça bilməz. Hal hazırda heç bir məbləğdə pul sizə Marsa bilet almağa imkan verə bilməz” – deyə Musk qeyd edib.

İndiyənə kimi Musk insanları Marsa göndərmək məsələsi ilə bağlı müxtəlif zaman intervallarını açıqlayıb. Hələ bu ilin fevral ayında o bildirmişdi ki, SpaceX Starship vasitəsilə ilk insanları 5 ildən sonra Marsa çatdıra biləcək. Mart ayında isə o qeyd etmişdi ki, ilk insanlar Marsa 2030-cu ildən daha tez ayaq basacaqlar. Bu məsələdə mütəxəssislərin fikirləri Musk-ın proqnozlarından tamamilə fərqlənirlər. Mütəxəssislər düşünürlər ki, bunun üçün Musk-a daha çox vaxt lazım olacaq./technote