Elon Musk Marsda ilk şəhərin nə zaman inşa olunacağını açıqlayıb

Elon Musk Marsda ilk şəhərin nə zaman inşa olunacağını açıqlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır. Həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar.

    “İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” – deyə Musk qeyd edib.

Elon Musk Marsda ilk şəhərin nə zaman inşa olunacağını açıqlayıb

    Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, SpaceX şirkəti Texas ştatında Raptor mühərriklərinin istehsalı üçün nəzərdə tutulmuş yeni fabrikin istifadəyə verilməsini planlaşdırır. Qeyd etmək lazımdır ki, Raptor mühərrikləri hal hazırda Starship kosmik gəmisinin prototiplərində artıq istifadə olunurlar. Şirkətin planına əsasən gələcəkdə Starship kosmik gəmisi planetlərarası səyahət üçün nəzərdə tutulmuş əsas nəqliyyat vasitəsi olacaq.

technote