Düşüncə xətaları - Məqalə

Düşüncə xətaları – Məqalə

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sıx-sıx emosional vəziyyətlərdə olan insanlar bunun nəticəsi olaraq sağlam düşünə bilmirlər. Məsələn ”O qədər əsəbi idim ki, gözüm heçnəyi görmədi, düşünə bilmədim” vs kimi. Bu cür vəziyyətlərdə insanlar düşüncə xətalarını  daha çox etməyə meyilli olurlar.  Düşüncə şəklimizlə duyğuları biz müaəyyən edirik. Vəziyyətlə bağlı düşünmə şəklimiz düşüncələrimizə də təsir edir.  Əgər doğru qərarsı ala bilmək üçün hər zaman bütün datallar əlimizdə olsa, hər zaman sakit, soyuqanlı, ağıllı, bütün bildiklərimizin fərqində olsaq, heç bir zaman peşman olmasaq, yolunda getməyən münasibətləri bitirsək, aşırı çalışmasaq,  yüklənməsək çox sıx bir şəkildə emosional reaksiyalarımız olmaz və düşüncələrimizi də incələməyə ehtiyac qalmaz.  Amma həyat bunlardan ibarət olduğu üçün emosional sıxıntılarımızı anlaya bilmək üçün düşüncələrimizə daha yaxından baxmaq lazımdır. Sıxlıqla insanlarda görülen ve çeşidli gruplara ayrılan düşüncə xətaları bulardır.

1.      Fəlakətləşdirmə: “ Qarışqanı fil etmək” deyimi tam da bu insanlar üçün nəzərdə tutulmuşdur. Mövcud digər nəticələri hesaba qatmadan daha neqativ nəticələrə yönəlmək, kiçik bir sübutdan yola çıxaraq o sübutu da kifayət qədər dəyərləndirmədən olması gərəkən ehtimal digər nəticələri hesaba qatmadan vəziyyəti və ya hadisələri  həmişə neqativ olaraq görməkdir. Məsən: “ İşi çatdıra bilmədim məni işdən qovacaqlar”, “Həyəcandan bir kəlmə danışa bilməyəcəyəm”.

2.      İkili düşüncə: həmişə ya da heç şəklində. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur, ya da yox dərəcəsindədir. Bu iki uc arasında yer alan nöqtələr görünməz. “Əgər mükəmməl deyiləmsə, uğursuzam”,  “Məni tənqid edirsə, heç bəyənmir” vs kimi düçüncələr buna misal ola bilər.

3.      Həddindən artıq ümumiləşdirmə: Aşırı ümumiləşdirmə düşüncəsində ümumi bir qaydaya inanaraq bu düşüncəni izləməkdir. Məsələn, həyat yoldaşı tərəfindən tərk edilən birinin “ Artıq mənimlə heç kəs maraqlanmayacaq və sevməyəcək”  kimi bir düşüncəsi vəya  sevgilisi tərəfindən aldadılan bir gənc qızda “ Bütün kişilər aldadır, ” kimi ümumi bir düşüncə qəlibi formalaşdıracaqdır.

4.      Olmalı ifadələri –malı, məli düşüncə tərzi: Bu düşüncə biçimidə insanın özünün, digərlərinin necə davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Və bu qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir. Bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. “ İnsanları məmnun etməliyəm”, “ İnsan öncə başqalarını düşünməlidir”, “ Uşaqlarımı düzgün tərbiyə etməliyəm” vs kimi düşüncə tərzləri misal ola bilər. Özümüzlə bağlı bu düşüncə tərzinin yaratdığı qaydalara əməl etmədikdə  günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb və aqresivlik hiss edə bilərik.

5.      Ağıl oxumaq: Digər insanların nə düşündüyünü bildiyinə və onların da bizim nə düşündüyümüzü bildikərinə inanmaqdır.  Məsələn, “Soruşmağa ehtiyac yoxdur nə düşündüyünü bilirəm” kimi. Və yaxud danışarkən birisi əsnəyirsə, “Mənim danışığımdan sıxıldı, çox sıxıcı danışıram”, salam verdiyi bir dostu onu görmədiyi zaman “ Məni adam yerinə qoymur” kimi düşünmək.

6.      Birbaşa nəticəyə fokuslanmaq: Əksinə sübutlar olmasına baxmayaraq bunları yox sayaraq  sadəcə o şəkildə hiss etdiyi üçün bir şeyin doğru olduğuna inanma vəziyyətidir. Məsələn. “ Əgər qorxuramsa deməli təhlükəli birşey olacaq”.

7.      Etiketləmək: Daha uyğun və reallığı əks etdirən dəyərləndirmə yerinə özünə vəya digərlərinə etiketlər yapışdırması. Məsələn bir işdə uğursuz olan birinin mən bu işi edə bilmədim deməsi yerinə  “Mən bacarıqsızam”, oğlu dərs oxumayan bir ananın “ oğlum dərs oxumur” deməsi yerinə, “ Oğlum təmbəldir”, deyə düşünməsidir.

Düşüncə xətaları bunlarla bitmir bir insanda birden çox düşüncə xətaları ola bilər. Bu növ düşüncə xətaları və ovtomatik düşüncələr psixoterapiya vasitəsiylə dəyişdirilə bilir.

 

Psixoloq Gülnarə Muxtarova