Dünyanın ən sürətli superkompüteri istifadəyə verilib

Dünyanın ən sürətli superkompüteri istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

  oxuinfo.com technote.az portalına istinadla xəbər verir ki, Rəsmi olaraq Yaponiyanın keçən il təqdim edilmiş Fugaku adlı superkompüteri sonunda işə salınıb.

Beləliklə mütəxəssislər onun gücündən öz tədqiqatlarında istifadə edə biləcəklər. Bura həmçinin COVID-19-un müşahidə olunması və virusa qarşı effektiv dərmanın tapılması da daxildir. Fugaku superkompüterinin yaradılmasına 2014-cü ildə start verilmişdi. 7 illik hazırlanma mərhələsindən sonra Yaponiyanın Riken adlı elmi tədqiqat institutu Yer kürəsinin ən sürətli sistemini işə salmağa nail olub.

Sözügedən superkompüter 442 petaflops gücə sahibdir. Bundan əlavə olaraq o, ARM prosessorlar əsasında hazırlanıb və planetin ən sürətli superkompüterləri reytinqinin birinci pilləsində qərarlaşıb.

Fugaku-nun 432 ədəd blokunun quraşdırılması keçən ilin may ayında yekunlaşmışdı. Yerdə qalan müddət ərzində isə koronavirusun özəllikləri barəsində tədqiqatlara yönəlmiş irimiqyaslı testlər keçirilmişdi. Hal hazırda superkompüter unikal tapşırıqların öhdəsindən gəlmək üçün işə hazırdır. Yaponiyanın informasiya elmləri və texnologiyaları üzrə tədqiqat təşkilatı (RIST) artıq 74 aparıcı layihəni təsdiqləyib və gələn aydan başlayaraq superkompüter həmin layihələr üzrə fəaliyyətinə start verəcək.

Sözügedən superkompüter 442 petaflops gücə sahibdir. Bundan əlavə olaraq o, ARM prosessorlar əsasında hazırlanıb və planetin ən sürətli superkompüterləri reytinqinin birinci pilləsində qərarlaşıb.