Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dünyanın dörd bir tərəfindəki məktəblər haqqında maraqlı və qeyri-adi məlumatları təqdim edirik:

1.Dünyanın ən qədim məktəbi İngiltərənin Kanterburi şəhərində yerləşən Kral məktəbidir (King’s school).

Eramızın 597-ci ilində təsis edilən  məktəb hazırda dünyanın ən modern tipli təhsil ocaqlarından hesab olunur:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

2.Filippində butulkalardan tikilmiş bu məktəb görən hər kəsin təəccübünə səbəb olur. Məktəbin inşası üçün nə az, nə çox 9000 butulkadan istifadə olunub, onlarla könüllü işə cəlb olunub. Şüşələrin sağlam qalması üçün isə içlərinə qum, su və saman doldurulub:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

3.Tələbə sayına görə dünyanın ən böyük məktəbi Hindistanın Lakhnau şəhərindəki Mantessori şəhər məktəbidir. Hər gün bu təhsil ocağına 32.000-dən çox şagird təhsil almağa yollanır. Burada 1000-dən çox sinif otağı, 3700-ə yaxın kompüter var:

 Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

4.2014-cü ildə İtaliyanın Turin şəhərində bir müəllimi və bir şagirdi olan məktəb ən kiçik təhsil ocağı kimi dünyada şöhrət qazanıb:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

5.Hollandiyada uşaqların təhsilə başlama yaşı da olduqca maraqlıdır. Burada uşaqlar 4 yaşından məktəbə gedə  bilərlər:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

6.Fransa məktəblərində yemək vaxtı tədris proqramının bir hissəsi hesab olunur. Bu zaman uşaqlar təkcə yedikləri ərzağın mənşəyi haqqında məlumatlanmır, həmçinin, davranış və etika qaydalarını da öyrənirlər:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

7.Cənubi Koreyada şagirdlər dərsdən sonra sinifdə qalıb, otağın təmizliyinə kömək edirlər:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

8.Finlandiyada şagirdlər məktəbə 7 yaşından başlayır. Bu isə dünyada ən gec məktəbə başlama yaşıdır:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

9.Dənizdə üzən məktəb var, desək, yəqin ki, bir çoxunuz inanmayacaqsınız. Ancaq Banqladeşdə bu cür məktəblərdə təhsil almaq mümkündür. Burada 100-ə yaxın gəmi məktəbləri var. Bu məktəblərin internetə girişi və kitabxanası da var:

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

10.Kolumbiyanın Los Pinos vadisində uşaqlar məktəbə “zip line” vasitəsilə gedirlər. “Zip line” bu ərazidə yeganə nəqliyyat vasitəsidir. Əksi təqdirdə şagirdlər tropik meşə ilə getməlidir, bu yolla məktəbə çatmaq isə isə 2 saat vaxt aparır./azedu

Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR