Dünyanın ən qədim Quran nüsxələri ilə tanışlıq - Foto

Dünyanın ən qədim Quran nüsxələri ilə tanışlıq – Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dünya İslami və qeyri-İslami ölkələrinin muzeylərində qədim və nadir əlyazma Quran nüsxələri saxlanılır ki, bu nüsxələr zəngin İslam mədəniyyəti və incəsənətinin canlı şahidləridirlər.

İslamın ilk günlərində Quran ayələrini Vəhy mələyi Həzrət Cəbrayil (ə) İslam Peyğəmbərinə (s) nazil edirdi. O Həzrət (s) ayələri oxuyur, hansı surənin tərkib hissəsi olduğunu deyir və “vəhy katibləri” yazıdılar və səhabələr həmin ayələri əzbərləyirdilər. Quranın 23 il ərzində tədriclə və ayə-ayə nazil olması Quranın əzbərlənməsini səhabələr üçün sadə və asan etmişdi.

Peyğəmbərin (s) vəfatında sonra səhabələrin əllərində olan nüsxələr bir yerə toplanaraq vahid Quran nüsxəsi yaradıldı və müxtəlif şəhərlərə göndərildi.

Bu gün dünya muzeylərində hicrətin ilk əsrlərində yazılmış aşağıdakı 7 əlyazma Quran nüsxəsi mövcuddur:

1). Mavi Quran: Kufi xətti ilə yazılmış bu nüsxənin 9-cu əsrin sonları və 10-cu əsrin əvvəlləri (1020-ci ilədək) kitabət edildiyi təxmin edilir. Bu nüsxənin bir hissəsi Tunis şəhərinin Bardu Milli İncəsənət və Arxeologiya Muzeyində saxlanılır. Həmçinin nüsxənin 67 səhifəsi Tunisin Riqadə şəhərinin İslami İncəsənət Muzeyi, bir səhifəsi Amerikanın Kaliforniya əyalətinin Lon-Anciles incəsənət muzeyində və digər səhifələri dünyanın müxtəlif muzeylərində qorunur.

Bu nüsxənin Tunisin Qeyrəvan şəhərinin Came məscidi üçün yazıldığı ehtimal olunur.

Bu nüsxənin səhifələri mavi lövhə üzərində qızıl suyu ilə yazılıb. 2012-2013-cü illərdə bu nüsxənin bir neçə səhifəsi hərraca çıxarılıb və hər səhifəsi 8 yüz min dollara satılıb.

قدیمیترین قرآن‌های جهان + تصاویر

2). Səmərqəndin Kufi Quranı: Miladi tarixlə 595-ci ildən 855-ci ilədək kitabət olunduğu ehtimal edilən bu nüsxənin ən qədim nüsxə olduğu deyilir. Kufi xətti ilə yazılmış bu nüsxə hazırda Özbəkistanın Səmərqənd şəhərinin “Səkki İmam Muzeyi”ndə saxlanılır. Bu nüsxənin 651-ci ildə xəlifə Osmanın sifarişi ilə yazılan nüsxələrdən biri olması ehtimal edilir.

قدیمیترین قرآن‌های جهان + تصاویر

3). Topqapı nüxəsi: Bu nüsxə də uzun illər ən qədim Quran nüsxəsi kimi tanınıb. 8-ci miladi əsrin əvvələrində yazıldığı ehtimal edilir. Təqribən Quranın bütün surələrini ehtiva edir. Kufi xətti ilə yazılmışdır. İstambulun Topqapı muzeyində qorunur.

قدیمیترین قرآن‌های جهان + تصاویر

4). Codex Paris-Metropolitan nüsxəsi: Bu nüsxə 98 səhifədən ibarətdir. 7-ci əsrin sonları və ya 8-ci əsrin əvvələrində kitabət edildiyi ehtimal olunur. Misrin Füstat şəhərinin Əmr məscidində tapılıb.

Bu nüsxənin 70 səhifəsi Fransanın Parisdəki milli kitabxansında, 26 səhifəsi Rusiyanın San-Petrzburqdakı milli kitabxanasında, 1 səhifəsi Vatikan kitabxanasında və 1 səhifəsi də Britaniyanın London şəhərində yaşayan iranlı kolleksiyaçı Nasir Xəlilinin kolleksiyasında saxlanılır.

Hicazi xətti ilə yazılmış bu nüsxənin Suriyada yazıldığı ehtimal edilir.

قدیمیترین قرآن‌های جهان + تصاویر

5). Səna nüsxəsi: Bu nüsxə 1972-ci ildə Sənanın böyük məscidinin təmiri zamanı ciddi zərər görmüş qədim əlyazma nüsxələr ilə birlikdə kəşf edildi. 1981-ci ildə Quranın bir hissəsi olduğu sübut edildi. Analizlər göstərib ki, bu nüsxə 632-671-ci miladi illərində Hicazi xətti ilə yazılıb.

قدیمیترین قرآن‌های جهان + تصاویر

6). Tubingan nüsxəsi: Almaniyanın Tubingan universitetində saxlanılan və Hicazi xətti ilə kitabət edilən bu nüsxənin 649-675-ci illərdə yazıldığı ehtimal edilir. Yəni Peyğəmbərin (s) vəfatından 20-40 il sonra yazılıb.

قدیمیترین قرآن‌های جهان + تصاویر

7). Birmengam nüsxəsi: Son araşdırmalara əsasən dünyanın ən qədim Quran nüsxəsi bu nüsxədir. İki parça dəri üzərində yazılıb. Yazılma tarixinin 658-645-ci illər olduğu ehtimal edilir. Peyğəmbərin (s) vəfatının 632-ci ildə olduğunu nəzəzə alsaq, Hicazi xətti ilə yazılmış bu nüsxə Peyğəmbərin (s) dövrünə ən yaxın zamanda kitabət edilmişdir.

 

 

iqna.ir