Dünyanın ən qədim milli kitabxanasında Quran əlyazmaları

Dünyanın ən qədim milli kitabxanasında Quran əlyazmaları

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Parisdəki Elm və Mədəniyyət Məbədini ziyarət etmək istəyirsinizsə, Fransa paytaxtının 13-cü rayonunda yerləşən dünyanın ilk, ən böyük və təbii ki, ən qədim milli kitabxanalarından birinə getməlisiniz.

Fransa Milli Kitabxanası və ya Luvr Muzeyinin yaxınlığındakı “Fransua Mitteran Kitabxanası” öz bilik qapılarını maraqlanan hər kəsə pulsuz açıb. Bu kitabxananın krallığa aid kolleksiyalarının bütün dünyada tayı-bərabəri yoxdur. Onların içərisində orta əsrlərdən bu günə qədər olan sənədlər var.

Fransa Milli Kitabxanasında minlərlə böyük mütaliə zalı da var.

“Medallar, sikkələr və əntiq əşyalar”, “Coğrafi sənədlər”, “Visual incəsənətin dəlilləri” və “Əlyazmalar” kimi digər kolleksiyalar da Fransa Milli Kitabxanasının bölmələri sırasındadır.

Fransa Milli Kitabxanası həmçinin əsrlər boyu yazılmış İslam əlyazmalarının kolleksiyalarını toplayıb və alış və bağışlama yolu ilə onların sayını tədricən artırıb. Hazırda bu kitabxanada 1200-ə yaxın qiymətli əlyazma saxlanılır. Bu baxımdan Quranın çox nəfis əlyazmalarına əhəmiyyətli pay ayrılıb.

“Kodeks Paris-Metropolitan” 7-ci əsrin sonu və ya 8-ci əsrin əvvəllərinə aid 98 səhifəlik əlyazmadır. Bir neçə Quran parçası olan bu əlyazma Misirin Fustat şəhərindəki Əmr məscidində tapılıb. Bu kitabxanada bu Quranın 70 səhifəsi saxlanılır.

18-ci əsrin sonlarında Napoleonun səyahəti zamanı fransız alimi Jan-Jozef Marsel, bu Quranın bir neçə vərəqini aldı. Jan-Lui, bir neçə ildən sonra bu nüsxənin daha bir neçə səhifəsini aldı./iqna