Dünyanın ən çirkli havasına sahib olan şəhərlər açıqlandı

Dünyanın ən çirkli havasına sahib olan şəhərlər açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Havanın keyfiyyəti indeksinə görə Serbiyanın paytaxtı Belqrad dünyanın ən çirkli şəhəridir.

Onu Pakistanın Lahor və Kəraçi şəhərləri izləyir. Hər üç məkan 154 bal toplayaraq “qırmızı zonada” qərarlaşıb.

İlk onluğa Balkanlardan daha iki şəhər – Zaqreb (Xorvatiya – 109) və Sarayevo (Bosniya və Herseqovina – 96) daxil edilib.

Qeyd edək ki, beynəlxalq normalara görə, havanın çirklənməsi indeksi 151-dən 200-dək olan ərazilərdə yaşamaq insan həyatı üçün təhlükəli hesab edilir./iqair.com