Dünyanın 10 ən nüfuzlu proqramçısı

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Venture Beat” nəşri dünya İT cəmiyyətində böyük nüfuza sahib əfsanəvi proqramçıların siyahısını tərtib edib.

Linus Torvalds Helsinki Universitetinin yataqxanasında “Linux” açıq kodlu əməliyyat sistemini (ƏS) yaradıb. İndi məlumat mərkəzləri və superkompüterlər “Linux” əməliyyat sistemi ilə işləyir.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Torvalds cəmiyyətin xoşuna gəlməyi bəyənməyən biridir. Bu yaxınlardakı çıxışlarının birində öz davranış tərzi ilə “Linux” cəmiyyəti üzvlərini qorxutması ilə bağlı suala belə cavab verib: “Məni heç nə maraqlandırmır”.

Cənab Tim Berners-Li bu siyahıda cəngavər tituluna layiq görülmüş yeganə şəxsdir. O, hipermətnin ötürülməsi protokolunun (“HTTP”)  yaradıcısıdır. İnternetin əsasını bu texnologiya təşkil edir.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

O, indi “Google”, “Facebook” və “Microsoft” şirkətlərinin dəstəklədiyi əlçatan internet üçün ittifaqa rəhbərlik edir və əsas məqsədi dünyada genişzolaqlı interneti hamı üçün əlçatan etməkdir.

Donald Knut. Kompüter elmləri üzrə akademik işləri sayəsində “alqoritmlərin təhlilinin atası” tituluna layiq görülüb. İnternetdəki alqoritmlərin bir çoxu ona məxsudur. 77 yaşı olmasına baxmayaraq, hələ də işləyir. O, indi “kompüter proqramlaşdırma sənəti” adlı kitab yazır.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Brendan Ayk. “JavaScript” proqramlaşdırma dilinin yaradıcısıdır. “Firefox” brauzerini hazırlayan “Mozilla” şirkətinin yaradılmasında iştirak edib.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Solomon Hayks. “Docker” texnologiyasının yaradıcısıdır, kodu konteynerlərə qablaşdırır və serverlərə çatdırır. Virtual maşın kimi işləyir, amma daha sürətlidir.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Mark Zukerberq. “Facebook” sosial şəbəkəsinin yaradıcısıdır. Auditoriyası milyardı ötən sosial şəbəkəyə 10 min insan tərəfindən xidmət göstərilir.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

“DHH” kimi tanınan Devid Heynemeyer Hansson. “Ruby on Rails” dilinin yaradıcısıdır, 2005-ci ildə “İlin hakeri “mükafatına layiq görülüb.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Riçard Stollman. Azad proqram təminatı üçün mübarizə aparır, “GNU”-nun yaradıcısıdır. Çox prinsipial insandır.

Dünyanın 10 ən nüfuzlu proqramçısı

Ceyms Qoslinq. “Java” proqramlaşdırma dilinin yaradıcısıdır.

Bern Straustrup. Danimarkalı proqramçıdır. O, 1978-ci ildə “C++” proqramlaşdırma dilini yaradıb.

//ictnews.az/