Dünyada ən çox istifadə edilən dillər - Maraqlı

Dünyada ən çox istifadə edilən dillər – Maraqlı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dünyanın bir çox ölkələrində bir çox dil növü var. Buna görə də hər kəs fərqli dillərdə danışa bilər. Yaxşı, dünyada danışılan dillərin sayı araşadırlsa idi, sizcə hansı dildə daha çox danışılırdı?  Gəlin birlikdə dünyada ən çox hansı dildə danışıldığını öyrənək.

Dünyanın ən çox danışılan 10 dili:

10. Fransızca

Fransız dili dünyanın ən romantik dili elan edilmişdir. Nitq baxımından daha nəzakətli və xoş səslənən bir dildir. Fransadan başqa Haiti, Belçika, Ruanda, Kanada, Kamerun fransız dilundən istifadə edir. Belə olduğu təqdirdə, Fransız dilində orta hesabla 129 milyon insanın danışdığı təxmin edilir. Üstəlik, ümumilikdə 29 ölkədə rəsmi dil olaraq istifadə olunur.

9. İndoneziya dili (Malayca)

Malay dili İndoneziya və Malayziyada istifadə olunur. Ancaq bu dil olduqca fərqli ləhcələrdə danışıldığından dəqiq bir rəqəm vermək çətinləşir. Əlbəttə ki, ən geniş  yayılanı İndoneziya ləhcəsidir. Dünyada 159 milyon insan Malay dilini danışmaqdadır.

8. Portuqal dili

Portuqaliya çox kiçik bir ölkə olsa da, dili ən çox yayılmış dillər arasındadır. XII əsrdən bəri müstəqil olaraq yaşayırlar. Ancaq Portuqal dili, dənizçi Şahzadə Henri və Vasko De Qama tərəfindən bütün dünyada məşhurlaşdırıldı. Əlbəttə ki, Portuqal dilində ən çox danışan yerlər Mozambik, Makao, Venesuela və Anqoladır, Braziliyada ana dili kimi istifadə olunur. Beləliklə, dünyada 191 milyon insan bu dili danışır.

7. Bengal dili

Bildiyiniz kimi, Banqladeş təxminən 150 milyon nüfuzu ilə ən çox əhalisi olan ölkə olmağa namizəd ölkələrdən biridir. Buna görə də burada qalanların hamısının Benqal dilində danışdığını nəzərə alsaq, orta rəqəm 211 milyona çatır.

6. Ərəb dili

Ərəb dili uzun illərdir ki, bir çox ölkədə dominant dillərdən biridir. Xüsusilə Yaxın Şərqdə ərəbcə danışan ölkələr Səudiyyə Ərəbistanı, Misir, Küveyt, İraq, Livan, Suriya və İordaniyadır. Qurani-kərimin ərəbcə olduğunu da nəzərə alsaq,  fərqli ölkələrdə yaşayan bəzi müsəlmanlar da rəbcə danışa bilir. Bu vəziyyətdə, orta hesabla 246 milyon insan ərəb dilində danışır.

5. Rus dili

İnkişaf edən texnologiyası sayəsində ölkəsinin dili ən çox danışılan dillərdən biri olmağı bacardı. Orta hesabla 277 milyon insan rus dilində danışır.

4. İspan dili

İspan dili olduqca ümumi bir dildir. Demək olar ki, Cənubi Amerika və Mərkəzi Amerika ölkələrində ana dili kimi istifadə olunur. İspan dilində də İngilis dilinə bənzər sözlər var. İspan dilli ölkələr buna görə çoxdur. 392 milyondan çox insan İspan dilində danışır.

3. Hind dili

Ümumiyyətlə təkcə Hindistanda  istifadə edilsədə, ən çox danışılan dillərdən biridir. Üstəlik, Hind dilində danışan Hindistan əhalisi gündən-günə artır. Bu səbəbdən gələcəkdə ilk sıralarda yaxşı yer tuta bilər. 497 milyon insan Hind dilində danışır.

2. İngilis dili

İngilis dili dünyanın bir çox ölkələrində danışılan dillərdən biridir. Üstəlik, rəsmi olaraq bir çox ölkədə istifadə edilir. İngilis dilinin rəsmi dil olduğu ölkələr: Yeni Zelandiya, Kanada, Amerika, Cənubi Afrika, İngiltərə, Hong Kong, Avstraliya, Zimbabve. Bu səbəbdən dünyada 508 milyon insan  ingilis dilində danışır.

1. Mandarin dili

Mandarin dili dünyada çox danışılmasa da, Çində danışılan və rəsmi dil olaraq istifadə edilən bir dildir. Çinin 1 milyarddan çox əhalisinin olması və çox sıx bir ölkə olması səbəbilə, Mandarin dilinin, dünyanın ən çox danışılan dili halına gəlib çıxması təəccüblü olmamalıdır.

Türkçədən çevirən: Ramil Qəhrəmanov