Dünyada Covid-19-dan ölənlərin sayı 3,3 milyonu keçdi

Dünyada Covid-19-dan ölənlərin sayı 3,3 milyonu keçdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Korona virusu (Covid-19) epidemiyası səbəbindən dünya miqyasında ölənlərin sayı 3.3 milyonu keçdi.

Oxuinfo.com ntv.com.tr portalına istinadla xəbər verir ki, Covid-19 məlumatlarının tərtib edildiyi “Worldometers” saytına görə, virusla əlaqəli itki sayı 3 milyon 306 min 723-ə çatıb.

Ən çox itki 595 min 812 nəfər ilə ABŞ-da qeydə alınıb. 422 min 418 nəfər ilə Braziliya, 218 min 985 nəfər ilə Hindistan, 218 min 985 nəfər ilə Meksika, 127 min 605 nəfər ilə İngiltərə, 122 min 833 nəfər ilə İtaliya, 113 min 326 nəfər ilə Rusiya, Fransa 106 min 392 nəfər, 85 min 321 nəfər ilə Almaniya və 78 min 792 nəfər ilə İspanya qeydə alındı. Çində ilk dəfə 2019-cu ilin dekabrında peyda olan Covid-19, 200-dən çox ölkəyə və bölgəyə yayıldı.

Dünyada 158 milyon 969 min 62 yoluxma aşkar edilərkən, yoluxmuş 136 milyon 510 min 827 insan sağaldı.

Hazırda 19 milyon 151 min 512 xəstənin müalicəsi davam edir.

Türkcədən çevirən: Ramil Qəhrəmanov