Dözülməz istidən xilas olmaq üçün nə içməli? - RESEPTLƏR

Dözülməz istidən xilas olmaq üçün nə içməli? – RESEPTLƏR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Anomal istilərdə orqanizmə dəstək olub, susuzlaşmadan qorumaq üçün düzgün seçilmiş ərzaqlar və mayelər istifadə edilməlidir.

Məsələn, sərin energetik içki, qazlı şirin içkilər, çay, qəhvə isti havalarda olmaz.

İsti havada bədən çəkisinə uyğun miqdarda təmiz adi su içilməlidir. Məsələn, 50-60 kq çəkidə insan 1 litr yarım su içməlidir.

Adi suya bir az limon suyu və bıçağın ucunda orqanik duz qatıb həll edib, içmək olar. Bu mineral balansı qoruyacaq. Soyuq nanə dəmləməsi, nanəli su da bütün bədəni sərinlədir, faydalı vitaminlər verir.

Çox soyuq, buz kimi su istidən genişlənən damarlarda spazm yaradır, bu da ürək, beyin üçün zərərlidir.

Eləcə də sərin qarpız suyu, xiyar, kərəviz şirəsi, giləmeyvələri əzib üzərinə su alıb, soyudub içmək olar.

Hazır mineral suları da qazını bir qədər çıxarıb, az-az qurtumla içmək lazımdır.

Qəhvə, kapucino içməyə vərdiş edənlər onların soyuq variantını seçə bilər.

medicina.az