Dövlət məktəblərində qış tətili dekabrın 30-dan başlayacaq

Dövlət məktəblərində qış tətili dekabrın 30-dan başlayacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət ümumtəhsil məktəblərində qış tətili dekabrın 30-dan, təhsil isə 2022-ci il yanvarın 17-dən bərpa olunacaq.
Tətildən əvvəl məktəblər şagirdləri qiymətləndirməli və məlumatları elektron jurnalda dərc etməlidirlər.

Bu gün şagirdin qiymətləndirilməsində iki qiymətləndirmə növündən – formativ və inkişaf etdirici qiymətləndirmədən istifadə olunur.

İnkişafın qiymətləndirilməsi zamanı müəllim tədris ili ərzində hər bir şagirdin inkişaf dinamikasını təsvir edir ki, bu da təlimin keyfiyyətinin yüksəldilməsinə və növbəti dərs ili üçün effektiv dərs prosesini planlaşdırmaq bacarığına kömək edir.

Qəti qiymətləndirmə təlimin keyfiyyətinə nəzarəti, milli kurrikulumun qarşıya qoyduğu məqsədlərlə bağlı şagird nailiyyətlərinin səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur. Müəyyən edilmiş qiymətə bal yazılır.

Koronavirusun yayılması ilə əlaqədar ölkədə bəzi məktəblər distant, bəziləri isə sinifdə təhsil alır. Buna görə də məktəblər bu sistemdən tələbələri qiymətləndirmək üçün istifadə edə bilərlər.

Gürcü dilindən çevirən: Leyla Darğallı