Dmanisidə baş vermiş hadisələrlə əlaqədar brifinq keçirilib

Dmanisidə baş vermiş hadisələrlə əlaqədar brifinq keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Dmanisidəki hadisələrin etnik qarşıdurmaya çevrilməsi təhlükəsi var idi”.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov Dmanisidə baş vermiş hadisələrlə əlaqədar keçirilən brifinqdə mətbuata açıqlamasında söyləyib.

O, belə bir hadisənin bir daha təkrarlanmayacağına ümid etdiyini ifadə edib.

“Bu fakt bizi çox təəssüfləndirdi. Ən acınacaqlısı qeyd olunan hadisənin məhəlləyə, kəndlərə, bölgələrə, şəhərlərə yayılması idi. Bunun etnik qarşıdurmaya çevrilməsi təhlükəsi var idi. Bu məsələ 3 aspektdə nəzərdən keçirilməlidir. ‘Niyə baş verdi, niyə bu nəticə ilə sona yetdi və təkrarlanmaması üçün nə etmək lazımdır?’. Regionda görüşlər keçirdiyimiz zaman real vəziyyətlə yerindəcə tanış olduq və səbəblərini araşdırdıq. Bölgədəki oxşar hadisələr hər zaman genişmiqyaslı bir qarşıdurmaya çevrilmədən baş verdi və dərhal həll edildi. Təəssüf ki, keçmişdə baş verən oxşar faktlar nə hüquqi baxımdan qiymətləndirilmiş və nə də buna hər hansı ictimai reaksiya olmuşdu. Çox hallarda kütləvi informasiya vasitələrində vəziyyəti obyektiv işıqlandırmaması və ya çağrışların olması cəmiyyəti təhrik edirdi.”, – deyə Hacı R.İgidov qeyd edib.

Onun sözlərinə görə, vəziyyəti həll etmək üçün cəmiyyətin çağırışı və mövcud vəziyyətdə yeganə optimal həll dünən əldə edilmiş barışıq idi.

“Hər iki tərəf barışmaq istədi. Bu məsələ artıq sona yetməli idi, çünki birlikdə yaşayırlar, qonşudurlar və gələcəkdə əvvəlki kimi yaxşı qonşuluq münasibətləri qurmaq istəyirlər. Hadisə zamanı küt əşyalar istifadə edilmişdir. Hamımız cinayətkarların qanun çərçivəsində cəzalandırılmasının lazım olduğuna razıyıq, amma bəzən yaxşı və pis arasında seçim etdiyimiz bir vəziyyət var. Hələ ki, problem qalır, amma bizim üçün əsas olan prosesləri dayandırmaq idi. Sülh oldu, lakin gələcəkdə heç nədən təhlükəsiz deyilik, bu səbəbdən arzumuz və gözləntimiz birlikdə sülh və səmimilik içində yaşamaqdır”,-deyə Şeyx bildirib.

Dmanisidə nələr baş verdi?

16 may günün ikinci yarısında Dmanisi rayonunda yerləşən “Ömər Market”ə sərhoş halda 2 nəfər daxil olaraq satıcı xanımdan nisiyə piyvə istəyiblər, satıcı isə onlara müdürdən icazəsiz belə bir hüququnun olmadığını bildirib. Bundan sonra 2 nəfər kassir xanımı təhqir və təhdid edib. Daha sonra mağazaya gələn satıcı xanımın qaynatası həmin 2 nəfər tərəfindən fiziki şiddətə məruz qalıb. Dərhal polisə zəng edilib və polis satıcı xanımı eləcə də, qaynatasını ifadəsini almaq üçün bölməyə aparıb. Satıcının sözlərinə görə, bu vaxt təqribən 60 nəfərlik bir qrup mağazalarına hücum edərək dağıdıblar və onun 3 həmçinin 15 yaşlı övladlarını döyüblər eləcə də, mağazanın qarşısında olan bir neçə nəfərə də, fiziki xəsarət yetiriblər. Mağaza sahibi və yerli sakinlər Aktual.ge-nin əməkdaşı ilə söhbətləri zamanı bildiriblər ki, bütün bu baş verənlər “Svanlar” tərəfindən etnik zəmində olur və bu kimi hallar sıx-sıx təkrarlanır Dmanisidəki azərbaycanlılara qarşı. Dmanisi polisi hazırda bir neçə nəfəri saxlayıb.

17 may tarixində baş vermiş hadisə ilə əlaqədar yerli sakinlər bu tərz halların aradan qaldırılması tələbi ilə Dmanisidə aksiya keçirməyə hazırlaşıb, ancaq “Ömər Market”ə hücum etdiyinə görə saxlanılanların yaxınları isə qarşı tərəfdə toplaşıb. Çox hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və tərəflər arasında sabitlik yaratmaq istəsədə ancaq buna tam nail ola bilməyib. Tərəflər bir-birlərinə hücum ediblər, daş atıblar, xəsarət yetiriblər. 17 may tarixində Dmanisidə baş verən hadisələr ölkə gündəminin bir nömrəli predmeti olub. Günorta saatlarında Daxili İşlər Naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Leluaşvili, millət vəkilləri Sozar Subari, Zaur Darğallı, Qoqi Meşvelini, Savalan Mirzəyev, Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi-Gürcüstan üzrə müftisi Etibar Eminov və digər bir sıra rəsmilər Dmanisi rayonuna səfər edib və polis şöbəsinin daxilində bir sıra müzakirələr aparılıb. Daha sonra axşam saatlarında isə Dmanisi Meriyasında yüksək vəzifəlilər ilə tərəflər arasında görüş baş tutub, daha ardından isə barışıqlıq elan olunub.

aktual.ge