“Disney”in studiyası bağlanır

“Disney”in studiyası bağlanır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Walt Disney Co.” şirkəti koronavirus nəticəsində ortaya çıxan çətinliklərə görə “Blue Sky” animasiya bölməsini bağlayır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, qarşıdakı 2 ay ərzində həmin bölümdə çalışan 450-dək əməkdaş ixtisar olunacaq. 25 il bundan əvvəl yaradılan “Blu Sky” daha çox “Buz dövrü” və “Rio” filmlərinə görə, son olaraq isə “Maskalı casuslar” (2019) filminə görə şöhrət qazanıb.

Son bir il ərzində “Disney” şirkəti “Radio Disney”, “Disney Channel” telekanalının Böyük Britaniya bölümü kimi geniş rəğbət görən təsisatlarını, hətta ilkin “Disneyland” parkındakı illik xidmətləri belə bağlamaq məcburiyyətində qalıb.

Ötən maliyyə ilində “Disney” şirkəti satışlarda 2,86 milyard ABŞ dolları məbləğində ziyana uğrayıb.