Diqqət! "Yeni Düşüncə İnstitutu" gənclər üçün layihə elan edir

Diqqət! “Yeni Düşüncə İnstitutu” gənclər üçün layihə elan edir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Yeni Düşüncə İnstitutu” və “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” regional layihə həyata keçirir. Bu barədə “Yeni Düşüncə İnstitutu” facebook səhifəsində məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, layihə Gürcüstanın BMT Assosasiyası və Gürcüstan Açıq Cəmiyyət Fondu, Avropa İttifaqının dəstəyi ilə, bilik və bacarıqların inkişaf şəbəkələrinin və platformalarının gücləndirilməsi layihəsi çərçivəsində həyata keçirilir. Layihədə kimlər iştirak edə bilər aşağıda sizə təqdim edirik: Gürcüstanın Acarıstan, Quriya, Kvemo Kartli, Şida Kartli bölgələrindən 15-29 yaş arası gənçlər. Layihə çərçivəsində əmək bazarının monitorinqi, işçi qrupu görüşləri, məşğulluq forumları, məşğulluq üçün əsas bacarıqların inkişafı dərsliklərininhazırlanması, peşə təhsili müəssisələrinin gücləndirilməsi və aralarında təcrübə mübadiləsinin təmin edilməsi planlaşdırılmışdır. Layihənin əsas hədəflərindən biri gənclərin əmək bazarı haqqında məlumatlılığını artırmaqdır; Gənclərin bir tərəfdən işlə təmin olunma bacarıqlarının inkişafını dəstəkləmək, digər tərəfdən işi mühafizə etmək və gələcək karyera inkişafına şərait yaratmaq. Bu məqsədlə 15-29 yaş arası gənclər Bilik və Bacarıqların İnkişaf Mərkəzinə (LİNKS) üzv olmaq imkanı qazanırlar. Mərkəz tərəfindən planlaşdırılan tədbirlər gəncləri əmək bazarının tələbləri ilə tanış etməyə; Onlara ehtiyac duyduqları təlim, karyera planlaşdırması və iş axtarışı mənbələri təqdim edərək, məşğulluqları üçün lazımi bacarıqları inkişaf etdirməyə xidmət edir. Gənclər təşəbbüskar və davamlı təhsil proqramlarında iştirak edərək bölgənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verə biləcəklər. LİNKS mərkəzləri gənclərə nə nəklif edir: ● Məşğulluq üçün vacib bacarıqların inkişafı ● Rəqəmsal və kompüter bacarıqlarının gücləndirilməsi ● Mülki təhsil ● İngilis dili kursları ● Sahibkarlıq təhsili ● Onlayn davamlı təhsil mərkəzlərinə giriş imkanı ● Hərəkətli xalq universitetində iştirak ● Karyera planlaması istiqamətində məsləhət ● Seçilmiş namizədlər üçün maaşlı işlə təmin olunma proqramı ● İş axtaranlar bazasından faydalanma ● Sosial əhəmmiyyətli sahibkarlıq ideyalarının maaliyyələşdirilməsi. Seçilmiş şəxslər proqram çərçivəsində planlaşdırılan bütün tədbirlərdə iştirak etməlidirlər. Proqramda iştirak pulsuzdur. Seçilmiş iştirakçılara əlavə məlumat veriləcəkdir. İştirakçıların seçimi zamanı etnik azlıqlara, məcburi köçkünlərə, əlillərə, kənddə yaşayan gənclərə, təcrübəsiz insanlara və digər maraqlanan şəxslərə üstünlük veriləcəkdir. Proqramda iştirak etmək istəyənlər əlavə olunmuş müraciət formasını doldurub aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər və ya müvafiq bölgəyə uyğun olaraq onlayn müraciət formasını doldurmalıdırlar. Müraciət formasını təqdim etmək üçün son tarix 15 Mart 2021-dir. Müraciət formasını elektron poçtla göndərmək üçün: Kvemo Kartli, Yeni Düşüncə İnstitutu: afandiyevk@gmail.com Müraciət formasını onlayn doldurmaq üçün aşağıdakı linkə daxil olun https://docs.google.com/…/1oGXqc6H1nteWO7nR9YV Əlavə suallar üçün müraciət edin: Kvemo Kartli: Kamran Əfəndiyev, +995 555100738: afandiyevk@gmail.com