Dinləri simvolizə edən ibadət yerləri

Dinləri simvolizə edən ibadət yerləri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çulpunata şəhərində bu mərkəzin açılışı, Qırğızıstanın tanınmış iş adamı Taşqul Kriksizovun təşəbbüsü ilə baş tutub. O, müxtəlif xalqların tarixini, mədəniyyətini bir yerdə toplamaq istəyirdi.

Bu mədəniyyət mərkəzi 2002-ci ildə açılıb. Amma onun ərazisinə yalnız bir neçə məşhur girə bilirdi. 2007-ci ildə Çingiz Aytmatov Mədəniyyət Mərkəzinin siyasəti dəyişdi və mərkəz xalqın istifadəsinə verildi.
Açılış mərasimində mərkəzə, ” Taşqəlata Ruh Ordu ” adı verildi. Lakin 2008-ci ildə onun adı, tanınmış yazıçı, diplomat və akademik Çingiz Aytmatovun şərəfinə dəyişdirilib.

Bundan əlavə, “Ordu ruh” mərkəzinin ərazisində “Çingiz Aytmatov”un ev muzeyi, Qırğızıstan İncəsənət və Mədəniyyət Zalı, Foto və rəsm qalereyası, “Sayaqbay Qaralayev” alaçığı və bilik xəzinəsi var.
İranın Qırğızıstandakı Mədəniyyət Şurasının məlumatına görə, bu mədəniyyət kompleksinin ərazisində bir-birindən eyni məsafədə yerləşən beş ibadət yeri tikilib.

Bu yerlər dizayn baxımından eynidir. Yeganə fərq binaların zirvəsini bəzəyən İslam, Pravoslavlıq, Katoliklik, Yəhudilik və Buddizm dünya dinlərinin simvollarıdır. Bu yerlərin (ziyarətgahların) hər birinin daxilində bu din və məzhəblərə aid avadanlıqlar quraşdırılıb./iqna

Dinləri simvolizə edən ibadət yerləri

Dinləri simvolizə edən ibadət yerləri

Dinləri simvolizə edən ibadət yerləri