DİN XADİMLƏRİ İLƏ PEYVƏNDLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

DİN XADİMLƏRİ İLƏ PEYVƏNDLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Bir neçə ruhani koronavirus əleyhinə peyvənd olunublar.
Oxuinfo.com xəbər verir ki, bu gün Marneuli rayonunun Ağməmmədli kənd məscidində din xadimləri ilə peyvəndlə bağlı marifləndirici görüş keçirilib. Görüşdə Xəstəliklərə Nəzarətin Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin müftisi Etibar Eminov, UNİCEF-in nümayəndəsi Həsən Xəlil və digər şəxslər iştirak ediblər. Bölgələrdən olan din xadimləri ilə görüşdə çıxış edən qonaqlar, dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizədən, ölkənin məlum visus haqda son vəziyyətindən, dünyanın pandemiyadan xilas olunması üçün ona qarşı peyvəndin önəmindən, və eyni zamanda vətəndaşların vaksinasiya prosesinə aktiv şəkildə cəlb olunmasından danışıblar. Qeyd olunub ki, peyvəndlənmə prosesi 60 faizə çatarsa ölkədə bütün məhdudiyyətlər qaldırlacaq və həyat normal axarına qayıdacaq.
Tədbirdən sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və bir neçə ruhani koronavirus əleyhinə Çin vaksini olan “SinoVac” peyvəndi vurdurublar.