DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Google şikətinə məxsus olan DeepMind laboratoriyası daha əvvəl uğurla süni zəkaya insan səviyyəsində proqramlaşdırmanı öyrətmişdi. İndi isə mütəxəssislər daha bir sahəni fəth etmək qərarına gəliblər Söhbət, süni zəkanın tətbiqi arxeologiyada istifadəsindən gedir. Belə ki, DeepMind-ın yaratdığı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı onların mənşəyni və tarixini təyin edə bilir. Bunun üçün DeepMind mütəxəssisləri İtaliyadan, Fransadan və Yunanıstandan olan tarixçilər ilə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. Nəticədə Ithaca adlı süni zəka sistemi yaradılıb.

DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

Sözügedən sistem zədələnmiş qədim mətnləri 62% dəqiqliklə bərpa edə, 71% dəqiqliklə onların mənşəyini təyin edə və 30 ilə kimi dəqiqliklə onların tarixlərini təyin edə bilir. Məlumdur ki, arxeologiya sahəsində faəliyyət göstərən mütəxəssislər fərdi şəkildə qədim sənədlərin bərpa olunmalarında 25%-lik dəqiqliyə nail olublar. Ithaca vasitəsilə isə bu göstəricini 72%-ə yüksəltmək mümkündür. Süni zəka sistemi qədim mətndəki çatışmayan hər bir hissə üçün bir neçə variantı təqdim edir və mütəxəssislər həmin variantlardan birini seçmək imkanına sahib olurlar. DeepMind-ın verdiyi məlumata əsasən süni zəka sistemi digər dəqim dillər ilə çalışmaqda təlimatlandırılır. Bu cür dillərin siyahısına ivrit və qədim mayya dili daxildir. Ithaca həm açıq mənbəli koda sahib proqram təminatı formatında həm də pulsuz veb sayt formatında mövcuddur. Mütəxəssislər ondan veb sayt formatında istifadə edə bilərlər./technote