COVID-19 peyvəndindən kimlər azaddır?

COVID-19 peyvəndindən kimlər azaddır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

• 12-dən aşağı yaş.
• Pasientin vaksinin hərhansı komponentinə, xüsusi ilə də Polietilenqlikola (PEG) və bənzər molekullara qarşı ağır allergik reaksiya ehtimalı varsa;
• Vaksinin ilk dozasından sonra anafilaksik reaksiya baş verdisə. Belə halda vaksinin ikinci dozası vurulmur.
• Yüksək temperaturla keçən ağır xəstəlik zamanı (38,50C -dən artıq) – vaksinasiya pasientin tamamilə sağlamlaşmasına qədər təxirə salınmalıdır.
• COVID-19 infeksiyası diaqnozu qoyulduqdan sonra 1 ay (30 gün); İstisna sadəcə olaraq, COVİD-19 infeksiyası zamanı Konvalessent Plazma (Convalescent plasma) ilə müalicə olunan şəxslərdir, hansılarda xəstəliyin ən kəskin periodunda multisistemli iltihab sindromu müşahidə olunurdu. (Minimal interval 120 gündür).
• COVID-19 infeksiyasını keçirən şəxslərin monoklon anti-bədənlər və yaxud rekonvalenssent plazması ilə müalicə edildiyi zaman – belə halda, müalicə və vaksin nəticəsində yaranan imun müdafiyəsinin interferensiyasının baş verməməsi üçün, vaksinasiya müalicənin başa çatmasından 90 gün müddəti ilə təxirə salınmalıdır.
• Hərhansı bir digər peyvənd və COVİD-19-a qarşı vaksin ilə peyvənd arasında minimal interval 14 gün olmalıdır. İstisna ancaq quduz və tetanusa qarşı profilaktikadır, hansı ki, intervalsız keçirilir.

Gürcü dilindən çevirən: Leyla Darğallı