Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar (VİDEO)

Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kimyaterapiya xərçəng xəstəliyinin bir çox növünü uğurla müalicə etməyə imkan verir. Lakin bu müalicə üsulu zamanı istifadə edilən dərmanlar bütün orqanizmə neqativ təsir göstərirlər. Dərman preparatlarının birbaşa xərçəng hüceyrələrinə çatdırılması öz növbəsində kimyaterapiyanın orqanizmə yüklənmə səviyyəsini aşağı sala bilərdi. Çinli alimlərin bu məsələ ilə bağlı aparmış olduqları yeni təcrübənin nəticələri təqdim edilib. Həmin təcrübələr çərçivəsində onlar orqanizmin lazımi yerlərinə dərmanların mikroskopik miqdarlarını çatdıra bilən mikrobotları yarada biliblər. Kiçik obyektlərlə qarşılıqlı əlaqədə ola bilən 100 mikrometr ölçülü robotlar əvvəllər də yaradılıb. Lakin həmin robotlar lazımi yerdə dərman preparatının aktivləşdirilməsi kimi qəliz tapşırıqların yerinə yetirilməsi üçün formalarını dəyişə bilmirdilər.

bilmirdilər.

Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar (VİDEO)

Bəzi mütəxəssislər 4D botları (hansısa təsirə cavab olaraq formasını dəyişə bilən kiçik ölçülü robotlar) yarada bilirdilər. Lakin onlar adətən çox sadə tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulurdular və onları uzaqdan idarə etmək mümkün olmurdu. Jiawen LiLi ZhangDong Wu adlı mütəxəssislər və onların həmkarları kiçik balıqlar, yengəclər və kəpənəklər formasında robotlar yarada biliblər. Yaradılmış robotlar dərman preparatlarını xərçəng şişlərinə çatdırmağı və onları lazımi yerlərdə ativləşdirməyi bacarırlar. Mütəxəssislər sözügedən robotları hidrogeldən yaradıblar. Hidrogel isə mühitin turşuluq səviyyəsindən asılı olaraq öz formasını dəyişə bilir. Mütəxəssislər hidrogeli yüksək miqdarda dəmir oksidə sahib məhlula yerləşdirərək onu maqnitə qarşı həssas ediblər.

Bu isə öz növbəsində robotları damar daxilində yönləndirməyə imkan verir. İmitasiya edilmiş damarlar üzərində aparılmış testlər onu göstərib ki, Petri qabındakı (müxtəlif təcrübələrin aparılması üçün nəzərdə tutulmuş şəffaf laboratoriya qabı) xərçəng hüceyrələrinə çatandan sonra hidrogeldən hazırlanmış kiçik balıq formalı robot fərqli turşuluq səviyyəsinə sahib mühitə düşüb. Bu isə öz növbəsində robotun ağız hissəsinin açılmasına və orda yerləşmiş dərman preparatının aktivləşməsinə gətirib çıxardıb. Bu konsepsiyanın sübutu artıq reallaşdırılmış olsa da, mikrobotların ölçülərini daha da kiçiltmək lazımdır. Əks halda onlar əsl damarların daxillərində hərəkət edə bilməyəcəklər. Onların hərəkətlərini izləmək üçün isə əlavə üsul yaratmaq vacibdir./technote