Çinin nəzarətdən çıxan raket daşıyıcısının hissəsi Hind okeanına düşdü

Çinin nəzarətdən çıxan raket daşıyıcısının hissəsi Hind okeanına düşdü

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çinin nəzarətdən çıxan Long March 5B raket daşıyıcısının qalıqları Maldiv adaları yaxınlığında Hind okeanına düşüb.

Aprelin 29-da kosmosa buraxılan, ancaq nəzarətdən çıxan raket daşıyıcılarının qalıqlarının Hind okeanına düşməsini onun istiqamətini təqib edən Space.Track.com saytı tərəfindən də təsdiqlənib. Raket qalıqları səhər saatlarında okeana düşüb.

Xatırladaq ki, Çin Kosmik Stansiyasının ilk orbital modeli “Tienhı”nı kosmosa daşımaq üçün Long March-5B raketi 29 apreldə kosmosa buraxılıb. Lakin raket nəzarətdən çıxmışdı və  mütəxəssislər onun böyük parçalarının məskunlaşma sahələrinə düşə biləcəyi barədə xəbərdarlıq edirdilər. Hissələrin məskunlaşma sahələrinə düşməsi vəziyyətində bir çox insanın ölə biləcəyi də bildirilirdi. Nyu-York, Madrid və Pekinin risk altında olduğu qeyd edilirdi.

Qafqazinfo