Çinin Braziliyadakı konsulluğuna bomba atılıb - VİDEO

Çinin Braziliyadakı konsulluğuna bomba atılıb – VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Naməlum şəxs Çinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki Baş Konsulluğuna partlayıcı qurğu atıb.

Hadisə Çin diplomatik missiyasının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda da göründüyü kimi, qara paltarlı şəxs çantasından bir əşya götürərək binaya tərəf atır və qaçır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat aparır. Partladılmış cihazın parçaları müayinə üçün götürülüb.

Xəsarət alanların olmadığı bildirilir, yalnız konsulluğun qapıları zədələnib.

Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib./report