Çində ilk dəfə süni zəkaya prokurorluq səlahiyyətləri verilib

Çində ilk dəfə süni zəkaya prokurorluq səlahiyyətləri verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şanxaydakı rayon prokurorluqlarından birində süni zəka sisteminə ilk dəfə olaraq ittiham aktı mətninin tərtib olunması öhdəliyi verilib. Süni zəka tərəfindən tərtib ediləcək ittiham aktı məhkəmə prosesi çərçivəsində bu və ya digər cinayətkara təqdim ediləcək. South China Morning Post qəzetinin verdiyi məlumata əsasən süni zəka sistemi 2015-ci ildən 2020-ci ilə kimi Şanxay məhkəmələrində baxılmış 17.000 cinayət işini analiz edəndən sonra prokurorluq səlahiyyətini əldə edib. Rəqəmsal prokuror konkret cinayət işləri üzrə məhkəmə sənədlərində xarakterik xüsusiyyətlərin 1/1000 göstəricisini təyin edərək onun əsasında 97% dəqiqliklə ittiham aktını tərtib edə bilir.

    Süni zəka qərarların qəbul edilməsi məsələsində müəyyən dərəcədə real prokurorları əvəz edə və həmçinin real prokurorlara ittiham aktlarının tərtib edilməsində yardımçı ola bilər. Bu isə öz növbəsində real prokurorların üzərlərinə düşən gündəlik yüklənməni aşağı salacaq və onlara daha vacib işlərə köklənmək imkanını verəcək. Məlumata əsasən rəqəmsal prokuror ilk mərhələlərdə Şanxayda ən çox yayılmış 8 cinayət işi üzrə ittiham aktlarını tərtib edə bilir.

Bura kredit kartları ilə bağlı dələduzluqlar, qumar oyunlarının təşkili, təhlükəli sürücülük hadisələri, qəsdən yaralama, səlahiyyətli orqanların nümayəndələrinin xidməti vəzifələrini yerinə yetirmələrində maneələrin yaradılması, oğurluq və dələduzluq daxildirlər. Mütəxəssislər əmindirlər ki, gələcəkdə süni zəka daha ciddi cinayət işləri üzrə ittiham aktlarını tərtib edə biləcək. Çin prokurorluq işlərində süni zəka texnologiyasının istifadəsinə başlamış ilk ölkədir. 2016-cı ildə Çində sübutları və həbs şərtlərini analiz etməyi bacaran xüsusi texnologiya istifadəyə verilmişdi. Bu faktorların analizi nəticəsində xüsusi texnologiya bu və ya digər cinayətdə şübhəli bilinən şəxsin cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu təyin edir./technote