Çində daşqın qurbanlarının sayı artdı - Video

Çində daşqın qurbanlarının sayı artdı – Video

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çinin Henan əyalətində daşqınlar nəticəsində həlak olanların sayı 55-ə çatıb.

Leysan yağışları Zhenqzhou şəhərində 44 min hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurub. Həmçinin, təbii fəlakətin vurduğu birbaşa iqtisadi zərər təqribən 10,12 milyard dollar olaraq qiymətləndirilir.

Bununla yanaşı, Henan əyalətində Sinsyan adlı bölgə və ona yaxın ərazilər də leysan yağışları nəticəsində baş verən daşqınların təsirinə məruz qalıb. Həmin ərazilərdən 9 minə yaxın sakini təxliyyə etmək mümkün olub. Ümumilikdə Henan əyalətində təhlükə doğuran bölgələrdən 376 min nəfərin təxliyyə olunduğu deyilir.

Qeyd edək ki, iyulun 18-dən başlayan leysan yağışları səbəbindən Henan əyalətinin milyonlarla sakini daşqınların fəsadları ilə üzləşib. KİV-in məlumatına görə, 877 yaşayış məntəqəsində 3 milyondan çox insan xələl görüb.

Proqnozlara görə, ölkədə “İn Fa” qasırğası səbəbindən vəziyyət daha da pisləşəcək. Qasırğanın bazar günü 10 milyonlarla insanın yaşadığı sahilboyu əraziləri vuracağı ehtimal olunur.

Bununla yanaşı, sinoptiklər leysan yağışlarının davam edəcəyini bildirir. Bu səbəbdən də, hökumət əyalətin şəhərlərində və onun ətraflarındakı su anbarlarında bəndlərin vəziyyətindən narahatdır.

qafqazinfo