Çində ailələrin üç uşaq sahibi olmasına icazə verildi

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verəcək qərar qəbul edilib.

Qərar, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasından sonra Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində qəbul edilib. Yeni qanunun qüvvəyə minmə tarixi dəqiqləşdirilməyib. Yeni qanun ölkə əhalisinin qocalmasının qarşısını almaq məqsədi daşıyır. Belə ki, ölkədə yaşlıların sayı uşaqların sayını üstələyir.

Qeyd edək ki, mütəxəssislərin proqnozlarına görə, yarım əsrdir davamlı olaraq artan Çin əhalisi 2022-ci ildə azalmağa başlayacaq. Ölkədə 1961-ci ildən bəri qeydə alınan doğum nisbəti minimuma düşüb.

qafqazinfo