Çində 28 nəfər daşqınların qurbanı oldu - Video

Çində 28 nəfər daşqınların qurbanı oldu – Video

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çində ötən sutka təqribən 30 nəfər daşqınların qurbanı olub. 

Daşqınlar Şansi əyalətində 15 nəfərin həyatına son qoyub.

Payız daşqınları səbəbindən 120 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

Bildirilir ki, daşqınlar nəticəsində 37 mindən çox ev və tikili zərər görüb və yaxud tamamilə dağılıb, əkin sahələrini su basıb. Təbii fəlakətin iqtisadiyyata vurduğu ziyan 770 milyon dolları ötüb.

Hebey əyalətində isə 13 nəfər həlak olub. Belə ki, içərisində 51 sərnişin olan avtobusun sürücüsü qadağaya baxmayaraq su basmış körpünün üzərinə çıxıb və avtobus suya aşıb. Nəticədə, 37 nəfəri xilas etmək mümkün olsa da, 13 nəfər həlak olub. Daha 1 nəfər isə itkin düşmüş hesab edilir./qafqazinfo