Çində 102.000 illik nəhəng Panda fosili tapılıb

Çində 102.000 illik nəhəng Panda fosili tapılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çinin cənub-qərbdəki Guicou əyalətində 102 min illik nəhəng panda fosili tapılıb.

Sinxua agentliyinin xəbərinə görə, Guicou Elmlər Akademiyasının Dağ Resursları İnstitutunun tədqiqatçıları Zunyi şəhərindəki Şuanghi mağarasında iki nəhəng panda fosilinin tapıldığını bildiriblər. Diş minasının tanınması texnologiyası ilə aparılan araşdırmalar nəticəsində bu dövrə qədər gəlib çatan fosillərdən birinin təxminən 49 min il, digərinin isə 102 min il əvvəl yaşamış pandalar olduğu ifadə edilib. İnstitutun elmi işçisi Vanq Deyuan deyib ki, təbiətdə belə yaxşı qorunmuş nəhəng panda qalıqlarına nadir hallarda rast gəlinir.
Araşdırmalar nəhəng pandaların qidalanma üçün istifadə etdikləri ön pəncələrində əlavə bir “baş barmağın” olduğunu və radial sesamoid sümüklərin olduğunu göstərdi. İndiyədək 30-a yaxın fosil tapılıb Vanq vurğulayıb ki, kəşf pandaların qidalanma xüsusiyyətlərindəki dəyişikliyi anlamağa kömək edə bilər. O dövrdə pandalar üçün uyğun bir yaşayış mühiti təmin etdiyi bilinən Şuanghi mağarasında indiyədək 30-a yaxın nəhəng panda fosili tapılıb. Bundan əlavə, sözügedən mağarada çaqqal, kərgədan və hind siveti kimi bir çox heyvanın qalıqları tapılıb.