Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub

Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar ortaya çıxıb. Məlum olub ki, kosmik stansiya adi kimyəvi elementlər əsasında çalışan mühərriklər ilə deyil, ion mühərriklər ilə çalışacaq. Qeyd etmək lazımdır ki, kosmik stansiyanın Tianhe adlı ilk modulu aprel ayında Yer kürəsinin orbitinə göndərilmişdi. Bu modul 4 ədəd ion mühərrikə sahibdir. Gözləntilərə əsasən o, planetlərarası səyahət üçün nəzərdə tutulacaq kosmik gəmilər sahəsində inqilab yaradacaq prototip olacaq. Məsələn adi mühərriklər vasitəsilə Mars planetinə 8 ay ərzində çatmaq mümkündür. Lakin ion mühərriklər bunu 39 günə edə bilərlər.

    Bununla yanaşı ion mühərriklər yanacaq sərfiyyatı məsələsində də effektiv olacaqlar. Belə ki, BKS (Beynəlxalq Kosmik Stansiya) il ərzində 4000 kq yanacaq sərf edirsə, Çin Kosmik Stansiyası ildə 400 kq yanacaq sərf edəcək. Əvvəllər düşünülürdü ki, bu cür texnologiyanı kosmik gəmi öçüsündə miqyaslaşdırmaq problemli məsələdir. Lakin məlum olub ki, çinli alimlər tərəfində yaradılmş ion mühərriklərdən biri artıq 11 aydır ki, fasiləsiz olaraq çalışır. Mühərrikin stabil çalışma effektini maqnit sahəsi sayəsində əldə etmək mümkün olub. Belə ki, maqnit sahəsi mühərrikin eroziyasının qarşısını alır. Bundan əlavə olaraq xüsusi keramik material mühərriki radiasiyalardan da qoruyur.

technote.az