Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olunur

Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olunur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə yanacağının tərkibində parçalanma reaksiyaları güclənməyə başlayıb. Çernobıl atom elektrostansiyasının məhv olmuş reaktorunu örtən xüsusi sarkofaqın altındakı vəziyyət bütün dünyadakı tədqiqatçıları narahat edir. Yaranmış problem ilə hal hazırda Böyük Britaniyanın Şeffild Universitetinin əməkdaşları məşğul olurlar. Alimlər bildiriblər ki, xüsusi böyük sarkofaq ilə əhatə olunmuş atom elektrostansiyasının daxilində gedən nüvə reaksiyalarının güclənməsi səbəbilə ikinci Çernobıl faciəsinin yaşanma riski böyükdür.

    Məlumatda qeyd edilib ki, uran yanacağının qalıqlarında parçalanma proesi bərpa olunur. “Bu, manqalda közərən kömür parçalarına bənzəyir” – deyə alimlərdən biri qeyd edib. Görünür, ukraynalı fiziklər reaksiyaların fərdi şəkildə dayanıb-dayanmayacaqlarını bilmirlər. Dayanmayacaqları halda ətraf mühit ilə əhalənin təhlükəsizliyi üçün vacib addımlar atmaq lazım olacaq. Neytronların artan aktivlikləri atom elektrostansiyasında quraşdırılmış xüsusi ötürücülər sayəsində qeydə alınıb. Bununla belə məlumatda qeyd edilib ki, yeni qəzanın baş verməmə ehtimalını 100% hesab etmək olmaz.

   Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Çernobıl atom elektrostansiyasında neytronların səviyyələrinin yüksəlməsi müşahidə olunmuşdu. Görünür, 35 il bundan öncə baş vermiş ilk qəza nəticəsində gedən zəncirvari reaksiya hələ də davam edir. Hələ ki, ciddi sızıntı müşahidə edilməyib. Məsələ burasındadır ki, proses çox ləng şəkildə gedir. Lakin prosesi daha da ləngitmək olmursa, deməli istiliyin ayrılması təhlükəsi yaranır. İstilik isə öz növbəsində ətrafındakı materialları əridə bilər. Bu halda radioaktiv elementlərin ətraf mühitə yayılması riski var. Alimləri daha çox narahat edən isə ətraf ərazilərdə olan qrunt suları ilə çaylardır.

technote.az