Ceremi Korbin: "Ramazan sülh ayıdır"

Ceremi Korbin: “Ramazan sülh ayıdır”

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ceremi Korbin Ramazan ayının başlanması münasibətilə Londonun ən böyük məscidlərindən biri olan Finsberi Park Məscidini ziyarət edib. O, səfərindən şəkilləri Facebook-da paylaşıb.

O, İngiltərə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edərək deyib ki, Ramazan sülh, təfəkkür, ilham və düşüncə ayıdır.

İngiltərə İşçi Partiyasının keçmiş lideri bildirib ki, məscid hamımızın sülh və ədalətlə dolu bir dünya qura biləcəyimiz mesajını təbliğ etməyə davam edir.

Ceremi Korbin İngiltərə müsəlmanlarının ölkədəki müxtəlif cəmiyyətlər arasında əlaqələrin və birliyin gücləndirilməsindəki rolunu vurğulayıb və onlara Korona epidemiyası ilə mübarizədə çəkdikləri zəhmətə görə təşəkkür edib./iqna