Çay qan təzyiqini azaltmaqda necə işə yarayır?

Çay qan təzyiqini azaltmaqda necə işə yarayır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com İranın akharinkhabar.ir portalına istinadla xəbər verir:

Təbii və qatqısız Çay içmənin sağlamlığa bir çox faydası var ki, bunlardan biri də qan təzyiqinin aşağı salınmasıdır. Tədqiqatçılar yaşıl və qara çaydakı “kateşin” adlanan birləşmələrin qan damarlarını rahatlaşdıran hamar əzələləri rahatlataraq qan təzyiqini azaltdığını aşkar etdilər. Camellia sinensis” (ÇAY) adlanan bitkinin yarpaqlarından həm yaşıl, həm də qara çay dəmlənir, lakin mayalanmamış yarpaqlardan hazırlanan yaşıl çayın tərkibində daha çox antioksidan var. Qara çayın fermentasiya prosesi zamanı oksidləşmə onun antioksidan səviyyəsini azaldır. Bəzi araşdırmalar yaşıl çayın xərçəngin qarşısını aldığını, qan təzyiqini aşağı saldığını və ürək xəstəliyi riskini azaltdığını göstərdi. Kaliforniya Universiteti və Danimarkadakı Kopenhagen Universitetinin alimləri, çayın tərkibindəki antioksidanların ion kanallarını açdığını və qan damarlarının əzələlərini rahatlada biləcəyini təsbit etdilər.

Fars dilindən tərcümə edən: Ramil Qəhrəmanov