Cənub-Şərqi Asiyanın ən böyük məscidinin dizaynında Quran simvolları

Cənub-Şərqi Asiyanın ən böyük məscidinin dizaynında Quran simvolları

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cakartanın İstiqlal Məscidi tutumuna görə Cənub-Şərqi Asiyanın ən böyük məscididir. İndoneziya 1949-cu ildə Hollandiyadan müstəqillik əldə etdikdən sonra inşasına başlanıldığı üçün məscid “İstiqlal” adlandırılıb. O zaman ən böyük İslam ölkəsi kimi İndoneziyaya layiq böyük bir məscidin tikilməsinə cəhd edildi.

İstiqlal məscidinin sahəsi 2750 kvadratmetr, hündürlüyü 33 metrdir. O, 200.000 ibadətçi tutumu ilə Cənub-Şərqi Asiyanın ən böyük məscidinə çevrilib.

Bu məscidin dəhlizinin dizaynında və dekorasiyasında italyan mərmərindən istifadə edilmişdir. Həmçinin bu məscidin ibadətxanası üçün istifadə olunan xalça Türkiyə istehsalıdır.

Bu məscidin yeddi girişi var. Yeddi qapının hər biri Allahın adlarından birini daşıyır. Yeddi rəqəmi həm də İslam kosmologiyasında yeddi səmanı təmsil edir.