Bu şəhərdən qaçmaq istəyirlər... - Fotolar

Bu şəhərdən qaçmaq istəyirlər… – Fotolar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tixuana Meksikanın şimal-qərbində yerləşən, ABŞ-la sərhəd olan şəhərdir. 

Sözügedən şəhər daha çox cinayətkar qruplaşmaların olması ilə diqqət çəkir. Hətta burada baş verən bir çox hadisə Hollivud filmlərinin ssenarisinə çevrilib.

Şəhəri Amerika ilə 1044 km uzunluğunda sərhəd səddi ayırır. Bu səddin inşasına 2011-ci ildə başlanılıb. Bunu kasıbla varlını ayıran sədd də adlandırmaq olar. Çünki səddin o biri tərəfində ABŞ-ın ən inkişaf etmiş şəhərlərindən olan San Dieqo yerləşir.

Elə Tixuana sakinlərinə də ən çox qazanc gətirən buraya gələn amerikalı turistlərdir. Dünyanın ən işlək sərhəd qapısına sahib olan Tixuanaya il ərzində 50 milyondan çox turist gəlir.

Bu şəhərdən qaçmaq istəyirlər... - Fotolar

Amerikalıların bu şəhərə olan sevgisinə gəlincə, bu, bölgənin çimərlikləri, ucuzluq və ABŞ-da qeyri-qanuni olan məhsulların burada rahatlıqla satılmasından qaynaqlanır.

Amma bu durum Tixuananı daha da təhlükəli hala gətirir.

İl ərzində bir çox festivallara ev sahibliyi edən Tixuana, dünyanın ən çox cinayət işlənildiyi şəhərlər sırasındadır. Hətta bəzi araşdırmalara görə Tixuana dünyanın ən təhlükəli şəhəridir.

Hər il xeyli sayda insan tunellər qazaraq ABŞ-a qaçmağa çalışır. Narkotik, insan oğurluğu və törədilən cinayətlərə görə öndə gələn şəhərdə il ərzində minlərlə insan öldürülür. Aparılan araşdırmalara görə, hər il 100 min tixuanalıdan 100-ü cinayət qurbanı olur.

Bu şəhərdən qaçmaq istəyirlər... - Fotolar

Meksika polisi bəzən bu cinayətləri araşdırıb üzə çıxarda bilmir. Şəhərdə ikinci ən çox ölüm səbəbi isə ABŞ-a üzərək keçmək isəyənlərlə bağlıdır. Səfalətdən canını qurtarmaq istəyən meksikalılar, suda boğularaq həyatla vidalaşırlar.

Hər il ABŞ-dan kifayət qədər turistin gəlməsinə baxmayaraq, Tixuana işsizlik çox ciddi problemdir. Buna görə də şəhər sakinləri daha yaxşı həyat xəyalı ilə ABŞ-a keçmək arzusundadırlar.

ABŞ-ın sərhəddə ciddi tədbirlərinə baxmayaraq, hər il minlərlə insan Amerikaya keçməyə nail olur.

Bu şəhərdən qaçmaq istəyirlər... - Fotolar

Bu şəhərdən qaçmaq istəyirlər... - Fotolar